ERMƏNİ KİLSƏSİ SÜLHƏ QARŞI... - Paşinyana “buynuz göstərən” katalikos kimin sifarişini yerinə yetirir?

“Biz hakimiyyəti təslimçi düşüncədən və bundan irəli gələn destruktiv addımlardan imtina etməyə çağırırıq… Ermənistan hakimiyyəti “artsax”ı Azərbaycanın tərkib hissəsi kimi tanımaqla “artsax”dakı bacı və qardaşlarımızı qaçılmaz genosid və deportasiyaya məruz qoyacaq”.

“AzPolitika.info” xəbər verir ki, II Qareginin rəhbərlik etdiyi erməni ali ruhani şurasının bugünkü bəyanatında belə deyilir.

Beləliklə də Baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla tanıyacağına dair bəyanatına qarşı çıxan revanşistlərin və separatçıların sırasına erməni kilsəsi də qoşulmuş oldu. Hansı ki, bu, gözlənilən idi və hətta erməni kilsəsinin indiyə qədərki fəaliyyətindən çıxış etsək, demək olar ki, onun həmişəki kif atmış “genosid və deportasiya” damğalı bu “vay-şüvəni” bir qədər gecikib

Bəyanatda Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünə dair son bəyanatı açıq mətnlə pislənilir. Daha sonra isə deyilir ki, guya 44 günlük müharibədəki məğlubiyyətə baxmayaraq, ermənilər “Ermənistanı və “artsax”ı müdafiə etmək əzmindədirlər”.

Belə görünür ki, erməni kilsəsinin Ermənistan hökumətinin özünün etiraf etdiyi 10 min fəraridən xəbəri yoxdur, digər yandan isə 44 günlük müharibədə axıdılan qanlar bu “ali ruhani şura”nın gözünü doydurmayıb…


“Bu məsələdə xalqımızın qətiyyətinin ifadəsinə ehtiyac görürük”. Bunu da erməni kilsəsi deyir və dolayısı ilə erməniləri hökumətə qarşı üsyana çağırır.

Ümumiyyətlə, erməni kilsəsinin əvvəllər olduğu kimi, 44 günlük müharibədən sonra da Ermənistandakı revanşistlərin və Qarabağdakı separatçıların tərəfində olduğu məlum faktdır. Görünən odur ki, indi də bu “din xadimləri” əslində, kilsəyə böyük önəm verən erməni xalqından başqa hər kəsə, hər şeyə qulluq edən agentlərlə, sülhün əleyhinə olan qüvvələrlə eyni sırada durur.

Çünki elə özləri də koçaryanların, sarqsyanların və digər həşaratların tayıdır. Deməli, həm də onlarla birgə, eyni mərkəzlərə xidmət edirlər. Ona görə zaman-zaman bu “din xadimləri”nin müraciətlərində təxribatçı, mürtəce çağırışlara rast gəlinir.

Çoxdan məlumdur ki, Paşinyandan əvvəlki hakimiyyətlərlə münasibətləri rəvan olan, məsələn, Avropa ölkələrindəki erməni din adamlarını Koçaryan hakimiyyətinin agentura şəbəkəsinə cəlb edən və bütün bu xidmətlərin müqabilində “yağ-bal içində yaşayan” erməni kilsəsi indiki hökumətdən narazıdır. Bunun təkcə siyasi yox(baxmayaraq ki, kilsə siyasətə qarışa bilməz), həm də maddi səbəbləri var. Məsələ ondadır ki, Paşinyan hökuməti kilsəyə az-çox öz yerini göstərə bilib və onu bir çox imtiyazlardan məhrum edib.

Məsələn, bu günlərdə Paşinyan deyib ki, kilsə rəhbərliyi öz istifadəsi üçün lazım olan məhsulların gömrük rüsumundan azad olunmasını tələb edir, ancaq hökumət buna qarşıdır: “O zaman biz deyirik ki, çox yaxşı. Elədirsə, siz də şamları pulla satmayın...”

Paşinyan deyib ki, əgər kilsə xeyriyyəçiliklə məşğul olursa, nəyisə pulla satmamalıdır, bağışlamalıdır.

Bütün bunlar bir tərəfdən göstərir ki, erməni kilsəsinin mahiyyətini və kimlərə xidmət etdiyini yaxşı bilən yeni hakimiyyət bu “din xadimləri”nin “quyruğunu tapdaladığı” üçün onlar hər fürsət yarananda Paşinyan hökumətinə “buynuz çıxarırlar”. Digər yandan bu baş verənlər həm də onu göstərir ki, Paşinyan hökuməti ilə erməni kilsəsi fərqli, bir-birilə mübarizə aparan mərkəzlərin xidmətindədirlər…

Tarixən erməni kilsəsinin erməni millətçiliyinin və terrorçuluğunun qızışdırılmasında xüsusi rol oynadığı heç kimə sirr deyil. Daxillərindəki səmimi din adamına xas olmayan xəbislik, hikkə, nifrət hissləri üzlərinə və xarici görünüşlərinə vuran və onları nurdan, işıqdan məhrum edən erməni kilsəsi başçıları hər zaman erməni toplumunu türklərin, o cümlədən Azərbaycan türklərinin qanına susadıb. Nəticədə isə təkcə bizim yox, özlərinin də faciələrinin baiskarına çevriliblər və belə görünür ki, bu iblisə, şeytana xidmət edən yoldan çəkilmək fikrində deyillər…

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-05-24 22:25:19

Ermeni kilsesinin xristian dini ile heç bir elaqesi yoxdur ve o dünya ermenilerinin Menzil -Qerargahı olmaqla sırf sitasetle meşğul olur ,yeni Allaha yox İblise , Şeytana xidmet edir ve deqiq beledir,bunu ise ziyalı ermeniler hemişe tesdiq edibler.

Son yazılar