“Baxmut işğalçı üçün tələyə çevrilib. İndi Ukrayna qoşunları tədricən, sistemli şəkildə cinahlardan hücum əməliyyatlarını inkişaf etdirirlər. Ukrayna ordusu uğurlu əməliyyatlar zamanı hər gün 200-300-400 metr, bəzən isə 700 metr irəliləyir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Kiyev Hərbi Hüquq Tədqiqatları Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib.
Musienkonun fikrincə, Baxmutda düşmənin irəliləməsi dayandırılıb:“Onlar Baxmutdan irəli gedə bilmirlər, belə imkanları yoxdur. Vəziyyət sabitləşib, müvəqqəti hərbi hissənin ərazisində müdafiə xətti qurulub. Dominant yüksəkliklərə Ukrayna qoşunları nəzarət edir. Düşmənin irəliləməsi və hücumları bütün istiqamətlərdə dayandırılıb”.
Musienko qeyd edib ki, bu gün Rusiya qoşunlarının iki-üç ay əvvəlki kimi, irimiqyaslı hücuma keçmək üçün resursu yoxdur.
“AzPolitika.info”


Şərhlər