“Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyirik” - ABŞ Dövlət Departamentinin rəsmisi

ABŞ harada keçirilməsindən asılı olmayaraq Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken sülhün əldə edilə biləcəyini açıq şəkildə bildirib.

"Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz bu məsələdə tərəfləri dəstəkləməyə, o cümlədən onlarla birbaşa əlaqə yaratmağa davam edəcəyik. İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən başqa yerində danışıqları dəstəkləyirik", - o əlavə edib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-05-25 12:42:47

Bir başa danışıqlar neçə ki, Rusiyada ve Avropa da aparılır sadece zaman kaybına neden olacaq. Danışıqlar o zaman netice verer ki, Paşinyanla Əliyev ya Azərbaycanın sərhəd bölgələrindəki yaşayış məntəqələrinin birində Ya da Gürcüstanda iki tərəfil məsaya otursunlar.

Son yazılar