Rusiyada sabiq baş nazirin partiyası qapadıldı

Rusiya Ali Məhkəməsi mayın 25-də müxalif Xalq Azadlıq Partiyasını (rusca qısaltması: PARNAS) ləğv edib. Novator.az bildirir ki, qərar Ədliyyə Nazirliyinin təqdimatı əsasında qəbul olunub. Nazirliyin iddiasına görə, partiyanın qanunda nəzərdə tutulan qədər yerli təşkilatı yoxdur.

1990-cı ilin noyabr ayında yaradılan Xalq Azadlıq Partiyası ölkənin əsas siyasi qurumlarından biri kimi tanınıb, zaman-zaman təzyiqlərə məruz qalıb. 2007-ci ildə partiyanın dövlət qeydiyyatı ləğv olunub, ancaq beş il sonra bərpa edilib.

Partiyanın liderlərindən olan Boris Nemtsov 2015-ci ildə qətlə yetirilib.

2015-ci ildən Xalq Azadlıq Partiyasına Mixail Kasyanov sədrlik edib. 1957-ci il təvəllüdlü Mixail Kasyanov 2000-2004-cü illərdə baş nazir postunu tutub. 2005-ci ildən müxalif mövqeyə keçən Mixail Kasyanov 2022-ci ildə Rusiyanı tərk edib. Onun hazırda Avropada yaşadığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar