“QİYMƏTİ QALDIRIN, TƏKİ SU GƏLSİN...” - Deputatın su qıtlığını qiymətlə əlaqələndirməsi nəyə xidmət edir?

Yaxınlaşan yayın istisi və hər il olduğu kimi bu fəsildə sudan çəkdiyimiz əziyyət bir yana, bəzi “aydan arı, sudan duru” deputatların məntiqsiz, “milləti ələ salan” açıqlamaları da bir yandan adamı yandırır...

Ötən gün deputat Rüfət Quliyev “fantastik” şəkildə Azərbaycandakı su qıtlığını suyun əhaliyə satış qiymətilə əlaqələndirib: “Azərbaycanda içməli suyun qıtlığı səbəbindən qiymətini saxlaya bilməyəcəyik”.

İxtisasca iqtisadçı olan deputatın su qıtlığı ilə qiymət artımını necə “uzlaşdırdığını” müəyyən etmək çətindir. Çünki əhaliyə su satışı dövlətin inhisarındadır, qiyməti hökumət müəyyən edir və onun qiymətinin formalaşmasına hər hansı rəqabətin təsirindən söhbət gedə bilməz. Çünki rəqabət yoxdur. Yəni, məntiqlə su da kartof, soğan, yaxud R.Quliyev üçün “doğma məhsul” olan siqaret deyil ki, bazarda təbii, yaxud çoxdan öyrəşdiyimiz süni qıtlıq yaradıb qiymətini artırasan.

Ancaq görünən odur ki, R.Quliyevin dediyində müəyyən həqiqət də var. Son zamanlar doğrudan da əhali arasında belə bir fikir dolaşır ki, əhaliyə su verilişində xeyli artan fasilələr və qıtlıq suyun qiymətinin qaldırılması planı ilə bağlıdır. Yəni, bir növ süni qıtlıq yaradılır, suya qənaət edilir və qiymət artımı üçün fon formalaşdırılır. Nəticədə bu gün “qənaət edilən” su sabah qiymət artımından sonra əhaliyə baha qiymətə satılacaq.


Doğrusu, bu qənaətin reallığa söykənib-söykənmədiyini söyləmək çətindir. Ancaq əhali indiyə qədər məmurlardan və “Tarif Şurası”ndan elə “sürprizlər” görüb ki, bu “təcrübədən” çıxış edərək onlardan nə desən gözləyir. Ona görə də qiymət artımına eyham vuran istənilən addımı, yaxud açıqlamanı həssas qarşılayır. 

Odur ki, hələ yay gəlməmiş müşahidə olunan su qıtlığı fonunda qiymət artımı mövzusunun ortaya atılması insanlarda deputat R.Quliyev kimilərin bu mövzuda sifarişlə danışması barədə təsəvvür yaradır. Yəni, belə çıxır ki, qiymətin artırılması mövzusu artıq gündəmdədir və bu cür çıxışlarla bir növ əhalinin “nəbzi yoxlanılır”. Sanki kimlərsə gözləyir ki, insanlar “qiyməti qaldırırsınız qaldırın, təki su verin” desin...

Yeri gəlmişkən, sözügedən deputat həmin çıxışında bir növ camaata və təbii sərvətimizə “canıyananlıq” da göstərib. Onun sözlərinə görə, şəhərdə gəzəndə avtomobil yuma yerlərində suyun şırhaşırla axıdıldığını görür: “Yüz faiz əminəm ki, orada sayğac yoxdur. Suyu elə buraxırlar ki, elə bil, şəlalədir. Bir-iki aydan sonra su qıtlığını hiss edəcəyik”.

Birincisi, biz də yüz faiz əminik ki, suyun “şırhaşırla” axıdıldığı və sayğac olmayan obyektlər təkcə “moykalar” deyil. Buraya iri məmurların villalarından tutmuş bağ-bağçalarına, təsərrüfatlarına, müəssisələrinə qədər çox obyektləri aid etmək olar və təəssüf ki, heç bir qiymət artımı buna təsir etmək gücündə deyil.

İkincisi, deputatın sözlərindən belə çıxır ki, bu israfçılığın, özbaşınalığın, talançılığın, “moykalar”ın, villaların və s. cəzası qiymət artırılmaqla “qara camaat”a, onun cibinə kəsilməlidir. Zatən kommunal xərclərin ağırlığı əhalinin real gəlirlərilə qeyri-mütənasiblik təşkil edir, insanlar qışda təbii qazın qiymətinə görə evlərini normal qızdıra bilmirlər, indi də yayda suyla sınağa çəkilməlidirlər? Bəlkə deputatın təklif etdiyi çıxış yolu suyun tonunu yox, litrini bir manat etməkdir?...

“Dovşanı araba ilə tutan” və öz məmurlarını tez-tez sıraya düzüb danlayan, məsuliyyəti onların üzərinə atan Belarus Prezidenti Aleksandr Lukaşenko iki il əvvəl benzinin qiymətini artırmağı təklif edən hökumət üzvlərinə belə cavab vermişdi: “Belə başa düşürəm ki, benzinin qiyməti vasitəsilə camaatın cibinə girmək istəyirsiniz. Bu pulları neft emalı zavodlarında axtarın. Qrup yaradın, yoxlayın bu zavodları. Görəcəksiniz ki, onlar nə qədər maaş alır və necə maşınlar sürür, hansı evlərdə yaşayır, nələr tikirlər və sair. Benzinin qiymətini isə hər axmaq qaldıra bilər, bunun üçün heç hökumət də lazım deyil...”

Bəlkə bizdə də qiymət artırmazdan öncə kimlərisə, hansı qurumlarısa yoxlamağa, su təsərrüfatındakı problemlərin, su qıtlığının gerçək səbəblərini tapmağa ehtiyac var?

Cəlal Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

Millət 2023-05-30 08:09:07

Axsaq ulağın da kor nalbəndi olar.Belə siyahi parlamentin də belə "deputatı"olar! Məgər bu orada təkdir?

Gündüz 2023-05-28 00:53:47

Toxun acdan xəbəri olmaz! Hansı ağılla bu .........maaşını qaldırıblar?Qaziyə 80 manat,dələduzlara 10 000 manat! Budurmu hummanizm?

Vətəndaş 2023-05-26 13:12:32

Görün deputatxana nə gündədir?....

TARIX 2023-05-26 12:23:36

BU DEPUTAT COX TƏƏSÜF Kİ,NƏ DEDİYİNİ ÖZÜ DƏ BİLMİR.ARAŞDIRIN HÖRMƏTLİ AZƏRSU KƏNAR QOŞULMALARI,İTKİLƏRİ,OĞURLUQLARI.AZƏRİŞIQ SON 3 AYDA YASAMAL A.ABBASOV KÜCƏSİNDƏ SAYĞACLARI 2 DƏFƏ DƏYİŞİB.AZƏRSU ÜCÜN DÖVLƏT TƏRƏFİNDƏN AYRILAN VƏSAİT HARA GETDİ?

Camaat 2023-05-26 09:11:22

Azərbaycanda su problemi yoxdur,olmayacaq...

Azər 2023-05-26 08:19:48

Millətin ürəyi doluymuş.Görəsən hakimiyyət bunu bilir?Bilirsə niyə ölçü götürülmür?Bilmirsə niyə bilmit?

dadaşyev 2023-05-25 22:31:25

Mənim gəldiyim nəticə budur ki,hər bir xalq nə gündədirsə o gündə olmağa layiqdir ki,o gündədir.Məhsulu bilərəkdən gizlədib bahalaşdırandan sonra satmağa sabotaj deyilir.Əgər bu xalq Allahın yerin altından müftə-müsəlləm çıxardığı və cəmisi 30 il əvvələ qədərki 70 il sovet dövründə aylarla bir qəpik də verməyib şırhaşır axıtdığımız,rayon və kəndlərmizdə səhər-axşam əkinlərimizi bolluca suvardığımız su ilə də sabotaj edilirsə,demək,elə sabotaj edilməyə layiqdir,çünki əks halda sabotaj etməyə cürət etməzlərdi bir ovuc boynuyoğun harınlamış məmur tayfası.

Rafiq 2023-05-25 21:47:38

Qiymeti artirmaq çixis yolu deyil. Sayqacdan kenar xetleri tapib qanuna muvafiq tedbirler gormek lazimdi.

miri 2023-05-25 21:22:50

Ğüclu siyasi texnoloqlarin işınin bəhrəsidir. Bu çur aşaği keyfiyyətli fikirlər demək ilə onu bu görəvə gətirən daha aşagi səviyyələr ğorunməz olur. İnsanlar bəlalarımızin yaranma mərkəzini unudub, yan yorəsinə nifrin deməyə köklənir. Əfsuslar.

Seçici 2023-05-25 21:09:43

Məzahir Pənahovun tüşvət gesabına siyahiyə yazdığı,seçilməyən deputat necə olmalıdır ki? Hələ bu günə kimi M.Pənahovu Seçki Komissiysını sədri kimi vəzifədə saxlanması bu məsələdə hakimiyyətin də rolu olduğuna dəlalət etmirmi?Bəs belə seçkilərdən Azərbaycan xalqının hansı gözləntisi ola bilər? Ölkə hara yuvarlanıb?

Hikmət 2023-05-25 21:04:22

Belə .........."deputatı" olan Parlamentdən xalqın nə gözləntisi ola bilər?

Eli-yə 2023-05-25 21:02:32

Yanlışın var.Azərbaycan millətinin dünyagörüşünə, anlayışına. biliyinə şübhəniz yersiz və mənasız olduğu və Sənin nəyə xidmət etdoyonoiyinə işarədir.Bu mellətin dünya çapında tanınmış yüzlərlə insanları mövcud olub.Amma millətə qarşı repressiyalar,unutqanlıq,təhsil və səhiyyəyə vurulan düzəlməz zərbələr, perspektivli insanlarının arxa plana keçirilməsi bugünkü vəziyyəti yaradıb. Ölkəyə açıq gözlə baxmaq.bir az düşünmədə fayda vardır.Hanı bu son 50 ildə ortaya çıxarılan tanınmış şəxslər.Ölkədə yalnız rüşvət və yaltaqlığa üstünlük verən hakimiyyət Azər aycanı bu günkü vəziyyətə salıb.

Çingiz 2023-05-25 20:53:16

Bunun qandığı bu qədədir. Bunu parlamentə yazanın da ağlına şübhə var./

anti-sosial azpolitikaya dair 2023-05-25 20:33:41

lap kövrəldim, azpolitika saytı xalqın , qara cammatınq eydinə qalırmış... artıq aylardan bıri bir dəfə də olsun, Azərbaycanın daxili siyasi problermlərindən, dilənçililiə vadar edilən ayaqaltı xalqqdan bor cümlə də yazmırsınız... başınız qarşıb absurd xarici siyasət problemlərinə... sanki Azərbaycanın içində hər bir problem-filan da yoxmuş kimi.. indi nə əcəb qəflətən qara cammatı bəhamə edib kiməsə söyürsünüz... yoxsa, kimin sifarişini yerinə yetrirsiniz..... P.S. kişiliyiniz çatsa, bu şərhi olduğu kimi də dərc edərsiniz....

Eli 2023-05-25 19:43:14

Bu meseleye mentiqle yanaşanda heqiqet var :teni var dövlet çoxluqda yıx qenaetdedir, ancaq gerek buna kimliyinden asılı olmayaraq hamı emel etsin o da bşzde qeyri mümkün meseledir.Milli şüur imjan vermir.O ki,qaldı qiymet artımına bu mesele bizde gündelik müşahide olunan meseledir ki bu da heç bir millet vekilini qetiyyen narahat etmir.

t.ədalət 2023-05-25 19:27:55

Ehtiyac içərisində boğulan,daha doğrusu,rusist mövqe ilə idarə olunan hakimiyyət hesabına ehtiyac məngənəsində əzilən xalqı su qıtlığı adı altında yenidən soymayın!Ölkənin gəlirlərini işğalçı rus hakimiyyətinə verib xalqı müstəmləkə qaydaları ilə idarə etməyin!

Eliheyder Qarayev 2023-05-25 18:56:26

Azerbaycanda su qitligi deyil, senin kimilerin uzunden leyaqetli insan qitligi var.

turan 2023-05-25 18:47:20

Belə məntiqsiz təklif olar. Bəyəm qiyməti qaldıranda dağlarda qar ,çaylarda su artacaqmı..

Seçici 2023-05-25 18:42:56

BU və BUNLAR MİLLƏT VƏKİLİ YOX MİLLƏTİN DÜŞMƏNLƏRİDİRLƏR. ÇÜNKİ MİLLƏT SEÇMƏYİB ONLARI.

Mahir 2023-05-25 18:36:34

Bu deputatdan çox ..........bənzəyir.Bir bunun sifətinə ,fizionomiyasına baxın.

Kamal 2023-05-25 18:25:04

Buna səbəb məmurların daha çox varlanmaq arzusu və milləti saymamaqlarıdır.

Cavad 2023-05-25 18:21:22

Gwnah belə .......... Məzahir Pənahov belələrini necə toplayıb və necə deputat edib?Axı bunu bütün dünya bilir.Ona görə Azərbaycanı eşidən olmur.

Son yazılar