BAKI VƏ İRƏVAN HANSI MƏSƏLƏDƏ RAZILIĞA GƏLƏ BİLMİR? - Rusiya rəsmisi açıqladı

Azərbaycan və Ermənistan arasında həll razılaşdırılmayan məsələlər var. Söhbət texniki detallardan gedir, lakin bu, çox vacib detallardır.

Bununla bağlı Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanla Ermənistan arasında hansı kommunikasiya məsələlərinin hələ də həll olunmaması ilə bağlı sualı şərh edərkən bildirib.

Qeyd edək ki, mayın 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü baş tutub. Bildirilib ki, bir həftədən sonra baş nazirin müavinləri səviyyəsində üçtərəfli danışıqlar olacaq və bu danışıqlarda regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə olunacaq.

“Söhbət Azərbaycan və Ermənistan arasında sərhədi keçmə prosedurundan, adətən sərhəddə həyata keçirilən sərhəd və gömrük nəzarətinin necə tənzimlənməsindən gedir”, - Overçuk vurğulayıb.

"Azpolitika.info" xatırladır ki, görüşdən sonra açıqlama verən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin  nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırıldığını bildirib: 

“İndi biz razılaşdıq ki, yaxın gələcəkdə, bir həftə sonra mən həmkarlarımdan xahiş edəcəm ki, bu tarix barədə razılığa gəlsinlər, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri görüşəcəklər və indiyə qədər tənzimlənməmiş, belə demək mümkünsə, suallar aradan qaldırılacaq”, - deyə o əlavə edib.

Elman

"AzPolitika.info"

635x100

Şərhlər

Mubariz 2023-05-26 12:04:37

Deməli hər şey sıfırdan başlayacaq ,uzanacaq ,sərhəddə hər iki tərəfdən itkilər olacaq .Mənim anlamadığım bir şey var ,onda ABŞ -da , Avropada görüşlər nəyə lazım idi ? Əgər bütün məsələləri Putin həlledəcəkdirsə ( əslində mane olacaqsa ) artıq xərc çəkib niyə uzaqlara gedir Ceyhun ? Niyə bunlar xaricdə sazişi imzalamırlar ? Deməli bunları hər iki tərəfdə russuz mümkün olmayacağını bilirlər ,rus isə ildə dörd dəfə üçlü masa təşkil edəcək ,nəticəsi isə göz qabağındadır

Son yazılar