Məlum olduğu kimi, bir neçə gün əvvəl İtaliya televiziyasına müsahibə verən Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Ukrayna ordusunun əks-hücumunun artıq başladığını bildirmişdi.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov BBC-yə açıqlamasında Podolyakın dediklərini təsdiqləməyib və əks-hücumun hələ başlamadığını deyib.
O, qeyd edib ki, işğalçı ordunun komanda idarə mərkəzlərinin, hərbi texnikasının, infrastrukturunun məhv edilməsi müharibə başlayan gündən Ukrayna ordusunun qarşısına qoyulan və icra edilən vəzifədir. Ona görə də son zamanlar bu cür əməliyyatların intensivləşməsi hələ əks-hücumun başlaması anlamını daşımır.
Bununla yanaşı, Danilov qeyd edib ki, Ukrayna ordusu hər zaman hücuma hazırdır. O, deyib ki, dəqiq vaxt açıqlamaq doğru olmaz: “Əks-hücum sabah, birisi gün, ya gələn həftə də başlaya bilər... Biz bilirik ki, səhv etməyə haqqımız yoxdur”.
“AzPolitika.info”


Şərhlər