"Rusiya Ukraynaya 11 "İsgəndər" raketi atıb, raketlərin hamısı vurulub" - Zalujnı

Rusiya son raket hücumunda Ukrayanın Kiyev vilayətinə 11 ədəd “İsgəndər-M” və “İskəndər-K” raketləri endirib.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı bildirib.

"Ümumilikdə şimal istiqamətindən 11 raket atılıb ki, bunlar "İskəndər-M" və "İskəndər-K" raketləridir. Bütün raketlər hava hücumundan müdafiə vasitələri ilə məhv edilib", - Valeri Zalujnı bildirib.

635x100

Şərhlər

Zalujniyə 2023-05-30 00:37:09

Bu axmaq deyəsən o dünyadan ordunu idarə edir yaxşı belə deyək satqın və kukla budanov dediki kiev dağılıb

Son yazılar