AVROPA İTTİFAQI “BÖYÜK GÖRÜŞ” HAZIRLAYIR - Kişineuda Əliyev, Paşinyan, Makron, Şolts və Mişel arasında...

Avropa İttifaqı (Aİ) Kişineuda keçiriləcək Avropa Siyasi Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Aİ Şurasının prezidenti Şarl Mişel arasında “böyük görüş” hazırlayır.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

"Ermənistan və Azərbaycan liderləri ilə görüşün keçiriləcəyini təsdiq edə bilərəm. Sabah Prezident Makron və kansler Şoltsla birgə "böyük görüş" olacaq. Bizim üçün böyük əhəmiyyət kəsb edən bu görüşü böyük səylə hazırlayırıq", - o deyib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-05-31 12:55:42

Anlamadıq Makronun bu meseleye ne daxili. Onun riyakarlığı ifşa edilmişdir və Azərbaycanın dövlət başısı da onunla bir daha ermənistanla bağlı görüşe qatılmayacağını söylemişdir.

Vahid 2023-05-30 23:46:17

Makronun orda ne işi var ?

Son yazılar