Menu

Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə rəis əvəzi təyin olunub

31.05.2023, 16:48
Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə rəis əvəzi təyin olunub

Dövlət Miqrasiya Xidmətinin (DMX) Naxçıvan Regional Miqrasiya Baş İdarəsinə rəis əvəzi təyin olunub.

"Report"un yerli bürosu xəbər verir ki, idarəyə rəhbərlik müvəqqəti olaraq 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Anar Xudiyevə həvalə edilib.

Qeyd edək ki, o, əvvəllər Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəisi vəzifəsində çalışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol