Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ötən gün Dumadakı çıxışında postsovet regionunda rus dilinin daha geniş yayılması planları barədə danışıb.
“AzPolitika.info” xəbər verir ki, Overçuk çıxışında bir neçə MDB ölkəsində rus məktəblərinin tikilməkdə olduğunu və tikiləcəyini deyib: “Qırğızıstanda Rusiya Federasiyasının vəsaiti hesabına rusdilli məktəblərin tikintisi proqramı davam edir. 9 belə məktəbdən birincisi 2025-ci ildə təhvil veriləcək, 2027-ci ildə isə bu məktəblər 11 min şagird qəbul edə biləcək. Eləcə də rus məktəblərinin tikintisi ilə bağlı Azərbaycan, Ermənistan, Vyetnam, Suriya, Qazaxıstan və Afrikanın dost ölkələri ilə danışıqlar aparılır”.
Overçukun ardınca Dumanın Təhsil Komitəsinin sədr müavini Yana Lantratova MDB məkanında rus məktəblərinin tikintisinin vacibliyini bildirib: “Tacikistanda 5 rus məktəbinin tikintisini böyük qələbə hesab edirəm. Qırğızıstanda 9 məktəbin tikintisi də olduqca vacib xəbərdir. Hesab edirəm ki, bu müsbət təcrübəni digər dost ölkələrdə - Ermənistanda, Azərbaycanda, Türkmənistanda, eləcə də MDB-yə daxil olmayan Monqolustanda davam etdirmək lazımdır”.
Xatırladaq ki, Azərbaycanda təhsilin rus dilində olduğu 340-dan çox məktəb fəaliyyət göstərir. Bununla yanaşı, bir çox ziyalılar, siyasətçilər, təhsil və elm adamları ölkəmizdə rus məktəblərinin sayının çoxalmasını doğru saymır və bunun milli strategiyamızın əleyhinə olduğunu bildirirlər.
“AzPolitika.info”
Şərhlər
Rus məktəblərinin mövcudluğu və atrması rus təfəkkürünün artması, 5-ci kolon üzvlərinin sayının artması deməkdir. Buna son qoyulmalıdır. Hələ də uşaqlarını rus dilli bağçalara və məktəblərə göndərənlər özləri də bilmədən Azərbaycan mentalitetini rus mentalitetinə çevirməyə təkan verirlər.
Sizə məktəb əvəzinə ayrı zad edəcəyik .
Hamısını bağlamaq lazımdır.Rus milletinden olanlar rus mektebine getsinler.
Bütün dünya Rusdan qaçır, bu şər millətdən uzaqlaşır,bizimkilər isə?
Bakı və eləcə də Sumqayıt, yəqin Gəncə və Mingəçevir də həmçinin Rus məktəbləri, (xüsusilə Bakı) Azərbaycan məktəblərindən çoxdur və millətimizin də sevgisi rus dilinədir. Hələ sovet dönəmindən özümüzkilər özümüzkilərə çuşkə deyirdilər. Məncə dünyada 2-ci öz millətini belə aşağılayan bir millət tapa bilməzsən...hər halda bu mənim subyektiv fikrimdir və kaş yanılaydım...
İşğalçı ölkələrein dilində məktəb açmaq elə müstəmləkəçiliyi qəbul etməkdir.Saysız-hesabsız əhalimizi qətl edən rusların dilində təhsil almağa meyllilər,əsasən geni qarışıqlar olur.Onlar heç vaxt vətənpərvər olmurlar.