Menu

Bu gün Əli İnsanov azadlığa buraxıla bilər

15.11.2013, 10:48
Bu gün Əli İnsanov azadlığa buraxıla bilər

Bu gün – noyabrın 15-də Ali Məhkəmədə Əli İnsanovla bağlı Avropa Məhkəməsinin qərarına baxılacaq. İclasın nəticəsi olaraq Əli İnsanovun azadlığa buraxılması istisna edilmir.

“Noyabrın 15-də Əli İnsanov azadlığa çıxacaq”. Bunu “Yeni Müsavat”a sabiq səhiyyə nazirinin vəkili Toğrul Babayev deyib.

Vəkilin sözlərinə görə, Ali Məhkəmənin plenumu 15:00-a təyin edilib və plenumda Ə. İnsanovun məsələsinə baxılacaq. “Plenumdan nə qərar gözləyirsiniz” sualını Toğrul Babayev belə cavablandırıb: “Qanuna görə, Əli İnsanov azadlığa çıxmalıdır. Çünki bununla bağlı Avropa Məhkəməsinin qərarı var və həmin qərar yerinə yetirilməlidir”.

Ə. İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb. 2013-cü il martın 14-də Ə. İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Ə.İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol