Menu

İrəvan metrosunda yerləşdirilən qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırılıb - FOTO

02.06.2023, 11:52
İrəvan metrosunda yerləşdirilən qondarma “Böyük Ermənistan” xəritəsi yığışdırılıb - FOTO

İrəvan metrosunun “Respublika Meydanı” stansiyasında yerləşdirilmiş “Böyük Ermənistan” xəritəsi yığışdırılıb.

APA Ermənistan KİV-nə istinadən xəbər verir ki, xəritənin yerləşdiyi yerə böyük ölçülü ekran yerləşdirilib.

Məsələ ilə bağlı bir qrup fəalın İrəvan metropoliteninə izahat üçün məktub yollamaq niyyətində olduğu bildirilir.

Xatırladaq ki, bundan öncə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycan, İran, Türkiyə və Gürcüstana ərazi iddialarını özündə ehtiva edən qondarma “Böyük Ermənistan” xəritəsinin İrəvan metropolitenində yerləşdirilməsinə diqqəti yönəltmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol