Cənubi Koreyada süni intelekt vasitəsilə Şimali Koreya lideri Kim Çen İnin çəkisini müəyyən ediblər.
“AzPolitika.info” xəbər verir ki, “Reuter” agentliyinin süni intelektin gəldiyi nəticəyə əsalanan məlumatında Koreya liderinin çəkisinin 140 kiloqramdan artıq olduğu bildirilir.
Xəbərdə qeyd olunur ki, Kim Çen İnin çəkisi və ümumilikdə sağlamlığı dövlət sirri kimi qorunsa da, onun hədsiz dərəcədə çox siqaret çəkdiyi və ürəyinin xəstə olduğu məlumdur. Cənubi Koreya kəşfiyyatı 39 yaşlı Şimali Koreya liderinin həmçinin də yuxusuzluqdan və alkoqolizmdən əziyyət çəkdiyini bildirir.
“AzPolitika.info”


Şərhlər