SAHİL BABAYEVİN “BAŞLI BAŞINI SAXLASIN” PRİNSİPİ... - Nazir dövləti “iş yeri açmaq yükündən” necə azad edir?

Bizim bəzi məmurlar, nazirlər sanki vaxtaşırı əhalini, xüsusilə də onun kasıb təbəqəsini “sancmaqdan” həzz alır.

“İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır. Dövlət çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitə iclasında deyib.

Nazirin dediklərində müəyyən dərəcədə həqiqət var. Bütün iqtisadi qanunların normal işlədiyi, əsl mənada bazar iqtisadiyyatının hökm sürdüyü, sosial təminatın oturuşduğu və digər şərtlərin təmin olunduğu ölkələrdə iş yerlərinin açılması biznes strukturlarının və sahibkarların üzərinə düşür. Odur ki, S.Babayevin dediklərini iqtisadiyyatı inkişaf etmiş, şaxələnmiş, tam azad sahibkarlıq mühiti olan, inhisarçılığı yaxın buraxmayan, bank sektoru, gömrük, vergi, məhkəmə sistemi mükəmməl işləyən ölkənin naziri deyə bilər.

Bizim nazir isə yəqin ki, bunu deməməlidir. Çünki bu şərtlərin böyük hissəsi hələ də Azərbaycanda təmin olunmayıb və bunda elə Babayev kimi məmurların da günahı az deyil. Çünki belə adamların düşüncəsində “biznes mühiti”, “iş yerləri”, “sahibkarlıq” anlayışları rəhbərlik etdiyi nazirliyin öz yaxın-yörəsinə aid şirkətlərə “elektron xidmətlər” adı ilə dəyəri dəfələrlə şişirdilmiş onlarla milyonluq tenderlər verməsindən ibarətdir. Dövlətin vəsaitləri isə yəqin ki, “uşaq pulu”na, əlillərə, yoxsullara, yeni iş yerlərinin açılmasına xərclənməkdənsə, hərlənib-fırlanıb yalnız məmurların və onların ətrafındakıların cibinə axmalıdır...


Məsələ ondadır ki, hətta yuxarıda sadaladığımız şərtlər yerinə yetirilən inkişaf etmiş ölkələrdə belə hökumət hansısa formada yeni iş yerlərinin açılmasını stimullaşdırır, bunun üçün sahibkarlara dəstək olur, onların maliyyə mənbələrinə çıxışını asanlaşdırır. Ən əsası isə belə ölkələrdə nazirlər S.Babayev kimi iş yerlərinin açılmasını açıq mətnlə dövlətin üzərindən atmağı, bunu bəyan etməyi və dolayısı ilə “başlı başını saxlasın” deməyi özünə rəva bilmir. Çünki belə bəyanatlar adətən əhalinin, seçicinin hökumətə, dövlətə münasibətini korlayır.

Ancaq görünür, Babayev kimi nazirləri dövlətin, hökumətin reputasiyası az maraqlandırır və hörmətli nazir özündən o qədər razı, arxayındır ki, belə həssas mövzularda istədiyi sözü demək, istədiyi mühakiməni yürütmək ixtiyarında olduğunu düşünür... Yaxşı olar ki, nazir belə mövzulara baş vurmaqdansa, daha kiçik və birbaşa vəzifəsinə uyğun məsələlərlə - məsələn, onun rəhbərlik etdiyi strukturların özünüməşğulluq proqramı adıyla hansı oyunlardan çıxması ilə maraqlansın...

Yeri gəlmişkən, S.Babayev buna bənzər daha bir açıqalmanı ailələrə uşaqpulu verilməsinə ehtiyac olmadığını əsaslandırarkən demişdi: "Çünki ölkədə demoqrafik vəziyyət yaxşıdır. Proqnozlara əsasən, 2045-ci ilə qədər əhalinin sayı stabil olaraq artacaq. Bunun əlavə stimullaşdırılmasına ehtiyac görmürük..."

Yəni, Azərbaycan xalqının Babayev kimilərin hesabladığından daha artıq artıb-çoxalmasına ehtiyac yoxdur. Həmin vaxt xüsusilə də gənc, imkansız ailələrdə böyük narazılığa səbəb olan bu açıqlama nazirin bir dövlətin strateji maraqlarından, ümumiyyətlə dövlətçilik, anlayışından, onun fəlsəfəsindən heç də “əla” qiymətə layiq biliklərə malik olmadığını ortaya qoymuşdu.

Sözügedən nazirə dövlətin adından strateji mövzularda bu cür dayaz yanaşma tərzilə danışmaq ixtiyarının verilib – verilmədiyi barədə bir şey deyə bilmərik. Ancaq hər halda, onu deyə bilərik ki, Babyev Azərbaycanda ən çox şikayət olunan nazirliklərdən birinin - əhali arasında fəaliyyəti ən çox narazılıq yaradan, əlilləri, qaziləri, işsizləri, yoxsulları dövlətdən almalı olduqları qəpik-quruşu vermək üçün aylarla, illərlə süründürən qurum kimi tanınan nazirliyin başçısıdır. 

Onun bu cür “kreativ” yanaşmaları əks etdirən “dahiyanə” açıqlamaları isə heç də insanlarımızın dövlətə olan güvəncinə, etimadına, ümidinə, gözləntisinə uyğun gəlmir...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-06-04 09:03:23

Her menada qatılmaq olar bu yazıya. Amma nə yazıq ki, qeyd olunan bu problemlerin ölkede helli yönünde deyişikliklərin neden ibarət olmasına heç kim toxunmur. Hətda defelerle Ölkə Başçısı özü bele indiki sosial iqtisadi problemlerin helli ile bağlı çox saylı ferman ve serencamlar vermesine reğmen yene de heç ne deyişmir. Bu səbəbdən də onun tərəfindən ölkə üzrə, bütün alanlarda qarşıya qoyulan hədəflərə ulaşmaq sadəcə zaman alır. Sebeb isə ölkədə sistemin köhnəlməsidir. Bu qədər bəsit. O sistem ki, Ölkə Başçısı özü de öz resmi şıxışlarında "demek ki, sistem köhnəlib" ifadısini işlədib. Hətta biz deyətrdik ki, mövcud sistem artıq çürüməyə başlayıb və bunu da Dövlətin Başçsı da çox gözəl bilir, lakin ola bilsin Qarabağlı məsələnin son həllinin bu gün -sabahlıq olması, bunu müəyyən zamana ərtələyir. Amma bütün hallarda qeyd olunan sahədə dövlətin yükü günü-günden daha da ağırlaşır. Ona göre de yaxın zamanda konstitusiyada köklü islahatlar aparılmalı, indiki yarımçıq doğulmuş parlamet buraxılmalı, referenduma ve azad seçgilərə gedib, sistemi kökünden deyişmək lazımdır. Elə bir sistem ki, ölkədə icraların səlahiyyeti minimuma endirilməli, icralara alternativ nəzarət mexanizmi formalaşdırılmalı, özünüidarəyə-bələdiyyələrə meydan verilməii, hakimiyyetin ikinci və üçüncü qolları olan məclisin və məhkəmələrin konstitusion səlahiyyetleri (yəni müstəqillikləri) özlərinə qaytarılmalıdır. Ölkədə Qarabağda icrasına başlanılmış regonal idarəçiliyin ölkə üzrə də tətbiqinə başlanılmalı, bütün yerli icra hakimiyyətlərini buraxıb, ölkə əhalisini xüsusən də azad sahibkarlığı çox minlik məmur buxovundan və bu sahədəki məmur manapoliyasından xilas etmək lazımdır. 2000-ci ildə dövlət xətti ilə İsraildə bir aylıq kursda olduq. Qısa bir aarşdırma apardıq. O ölkədə 3500-ə yaxın kiçik və orta sahibkarlıq müəssisələri bütün ölkə əhalisini yüksək əmək haqqı ilə işlə təmin edirdi. Sanıram fikir aydındır.

Oxucu 2023-06-03 15:18:03

....Allah Selim Müslümovun ölenlerin rehmet elesin

dadaşyev 2023-06-03 13:49:26

Gülüşündən nurlanmış üzündən bir beyt süzülür sanki:”Öylə sərməstəm ki,idrak etməzəm dünya nədir,Mən kiməm,saqi olan kimdir,meyü-səhpa nədir”.Kasıb-kusubun yarıac-yarıtox yaşayan,uşaq pulu deyəndə qulaqlarının dibini görən bədbəxt uşaqları güləndə heç bunun gülüşünün mində biri qədər bəxtəvər alınmır.Adam sanki ölmədən cənnətə düşdüyünün ekstazını yaşayır gülüşüylə.Bütün xoşbəxtliyi varlığını sarıb deyə bədən qabaritinə sığmadığından vulkan kimi püskürüb şaqraq gülüşlər şəklində gül çöhrəsinə çıxıb ki,ey naziri-qüdsi,nə giriftari qəfəssən,sındır qəfəsi tazə gülüstan tələb eylə.

Cəmşid Dərələyəzli 2023-06-03 11:35:03

Her menada qatılmaq olar bu yazıya. Amma nə yazıq ki, qeyd olunan bu problemlerin ölkede helli yönünde deyişikliklərin neden ibarət olmasına heç kim toxunmur. Hətda defelerle Ölkə Başçısı özü bele indiki sosial iqtisadi problemlerin helli ile bağlı çox saylı ferman ve serencamlar vermesine reğmen yene de heç ne deyişmir. Bu səbəbdən də onun tərəfindən ölkə üzrə, bütün alanlarda qarşıya qoyulan hədəflərə ulaşmaq sadəcə zaman alır. Sebeb isə ölkədə sistemin köhnəlməsidir. Bu qədər bəsit. O sistem ki, Ölkə Başçısı özü de öz resmi şıxışlarında "demek ki, sistem köhnəlib" ifadısini işlədib. Hətta biz deyətrdik ki, mövcud sistem artıq çürüməyə başlayıb və bunu da Dövlətin Başçsı da çox gözəl bilir, lakin ola bilsin Qarabağlı məsələnin son həllinin bu gün -sabahlıq olması, bunu müəyyən zamana ərtələyir. Amma bütün hallarda qeyd olunan sahədə dövlətin yükü günü-günden daha da ağırlaşır. Ona göre de yaxın zamanda konstitusiyada köklü islahatlar aparılmalı, indiki yarımçıq doğulmuş parlamet buraxılmalı, referenduma ve azad seçgilərə gedib, sistemi kökünden deyişmək lazımdır. Elə bir sistem ki, ölkədə icraların səlahiyyeti minimuma endirilməli, icralara alternativ nəzarət mexanizmi formalaşdırılmalı, özünüidarəyə-bələdiyyələrə meydan verilməii, hakimiyyetin ikinci və üçüncü qolları olan məclisin və məhkəmələrin konstitusion səlahiyyetleri (yəni müstəqillikləri) özlərinə qaytarılmalıdır. Ölkədə Qarabağda icrasına başlanılmış regonal idarəçiliyin ölkə üzrə tətbiqinə başlanılmalı, bütün yerli icra hakimiyyətlərini buraxıb, ölkə əhalisini xüsusən də azad sahibkarlığı çox minlik məmur buxovundan və bu sahədəki məmur manapoliyasından xilas etmək lazımdır. 2000-ci ildə dövlət xətti ilə İsraildə bir aylıq kursda olduq. Qısa bir aarşdırma apardıq. O ölkədə 3500-ə qədər kiçik və orta sahibkarlıq müəssisələri bütün ölkə əhalisini yüksək əmək haqqı işlə təmin edirdi. Sanıram fikir aydındır.

Pensiyaçı,-müharib veteranıb 2023-06-03 10:41:29

Hamının zəhləsi gedən,Erməni qarəşığını nə çox hallandırırsınız? Onun sifətin grəndə insanlar allergiya tutr.Guya bunu bilmirsiniz?Belə tiplər xaıqı unudan rəhbərliyə lazımdır,millətə yox!

Sabir 2023-06-03 07:50:16

Bu nazir əhalinin sosial müdafiəsi üçün hansı yaxşı təkliflər verib ? Əhalinin əksəriyyəti vəziyyəti pisdir onsuz da artan 5 _ 10 manatı inflyasiya bir də müharibə yeyib minumum əmək haqqı ən azı 500 man olmalıdır Pensiyaya çıxmaq haha ədalətli olmalidir

dadaşyev 2023-06-03 01:02:25

Bəxtimiz gətirib ki,biz at olmamışıq.At əti yeyən qazaxlar,monqollar minilən atları yeməzlər.Amma at olsaydıq bunca minilməyimizə baxmayaraq bizdə bizi də yeyərdilər.Ətimizi yesələr də sümüklərimizi atmazdılar,onları da üyüdüb kalsium tozu kimi xaricə satardılar.

Oxucu 2023-06-03 00:46:35

Tənqid i ayrı-ayrı şəxslərin üzərinə yükləyib dövlət sisteminin çürük olduğunu insanlara qarşı düşməncəsinə münasibət göstərildiyini diqqətdən yayındırısınız/

t.ədalət 2023-06-02 22:08:07

Cəbhədə ermənilərə qalib gələn xalqımız ölkədə anası,arvadı və qaynanası ermənilərin basqısı altındadır.,,,

Rasim quliyev 2023-06-02 21:37:24

Əgər sosial Naziri normal adam olsaydı bu qədər şəhid özünü yandırmazdı.Səlim Müslümov kimi növbəti nazirdir.

N.Seyfeli. 2023-06-02 21:13:38

Artiq , mehkemelerde vetendashlarin qanuni iddialarina qanunauygun qetnameler cixarmirlar ve mueyyen sherhlerle heqiqetden yayinirlar.

t.ədalət 2023-06-02 20:07:47

Bu .... Azərbaycanı müstəmləkə rejiminə doğru aparır.......

Kamil 2023-06-02 19:37:59

Belə harım balaların nazir təyin edilməsi özü bğyük şübhələr yaranmasına əsas verir.İndiyə qədər onun əaliyyərində ƏSSM-in ştatını böyütməkdən, əhaliin sosiaı vəziyyəti üçün ayrılan vəsaitlərin anlaşılmaz qənaəti çox məsələlərdən xəbər vermirmi?Sanki ölkədə təmiz.əsl Azrbaycanlı mütəxəssislət qeybə çəkilib,yalnız milli qarışıqlar yuarı vəzifələrdə lmalıdır.Ona görə Azərbaycan xalqına edilən zülmün qarşısını almaq istəyən yoxdur.

Azər 2023-06-02 19:26:57

Cənab nazir siz niyə gəlir vergisini 14 faizdən 12 faizə endirilməsi nə razı olmursuz Sizcə minumum əmək haqqından gəlir vergisi tutulması düzdürmü niyə 40 il iş stajı olanlar pensiyaya 5 il tez çıxmamalıdır? Bəs sosial ədalət prinsipi Onsuz da 25 il iş stajı lazımdır Bəs niyə 40 il stajı olan tez cixmamalidir

Son yazılar