BAKI-NAXÇIVAN QATARI İŞƏ DÜŞÜR! - Üçtərəfli görüşdə anlaşma əldə olundu

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə keçirilən üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

“Report” xəbər verir ki, bəyanatda deyilir:

“Rusiyanın çoxtərəfli sazişlərdə, beynəlxalq təşkilatlarda və birliklərdə iştirakı (MDB istisna olmaqla) Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2023-cü il mayın 25-də Moskvada keçirilən görüşdə əldə etdikləri razılaşmaların həyata keçirilməsi məqsədilə iyunun 2-də üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

Rusiya paytaxtında baş tutan iclas Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun birgə sədrliyi ilə keçirilib.

Görüş konstruktiv şəraitdə keçib. Azərbaycan ilə Ermənistan arasında nəqliyyat əlaqələrinin bloklanmasının aradan qaldırılması üsullarının əlaqələndirilməsi sahəsində mühüm irəliləyiş məmnunluqla qeyd olunub.

Xüsusilə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Danışıqların nəticələri barədə Azərbaycan, Ermənistan və Rusiyanın rəhbərlərinə məlumat veriləcək. Tərəflər üçtərəfli İşçi Qrupu çərçivəsində işi davam etdirmək barədə razılığa gəliblər”.

635x100

Şərhlər

Turan 2023-06-03 13:51:27

Ermənilər bu yolun Ermənistan ərazisindən keçən hissəsinin bərpasına 500 milyon dollar xərc apacağını qeyd edirlər. Bu 10 qat şişirdilmiş rəqəmdir. Bununla onlar bu yolun açılması üçün vəsaitlərinin olmamasını səbəb gətirirlər. Deyirlər ki kimə lazımdır qoy o da maya qoysun, ancaq biz tikək və biz istismar edib xeyrini görək

Rəhim 2023-06-03 10:38:10

".Hələ ölkə rəhbərliyi qərar verməyib,yol tikilməyib."Tullanmayın keçməyə çay gəlməmiş".Belə məlmatın məğzi nə?

t.ədalət 2023-06-03 09:06:45

Şahin Mustafayevin üst-başından .........qoxusu gəlir.Danışıqları bu erməni sevdalısına etibar etmək nə dərəcədə doğrudur?

Son yazılar