“Rusiya-Ukrayna müharibəsində Koreya modeli əsas götürülməlidir”.
“AzPolitika.info” xəbər verir ki, bunu İndoneziyanın müdafiə naziri general Prabovo Subianto Sinqapurda keçirilən təhlükəsizlik forumunda çıxış edərkən deyib.
Subianto bildirib ki, Ukraynadakı müharibə Hind və Sakit okean regionu da daxil olmaqla dünyanın bütün bölgələrinə təsir edib:“Mən Ukrayna və Rusiyadakı qardaşlarımızı hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəlməyə çağırıram. Ukraynadakı müharibə Cənubi və Şimali Koreya arasında yaradılmış bənzər “demilitarizasiya zonası” yaratmaqla həll edilməlidir”.
Subianto təklif etdiyi sülh planının müddəalarını sadalayıb:
- Birincisi, münaqişə tərəfləri atəşkəs elan etməli və döyüş əməliyyatlarını sonlandıraraq, hazırkı mövqelərində dayanmalıdırlar;
- İkincisi, bütün istiqamətlərdə 15 kilometrlik silahsızlaşdırılmış zona yaradılmalıdır;
- Üçüncüsü, dərhal BMT-nin müşahidəçi bölmələri yaradılmalıdır;
- Dördüncüsü, BMT qoşunları demilitarizasiya zonasında yerləşdirilməlidir;
- Beşincisi, BMT bütün mübahisəli ərazilərdə referendum keçirməli və bu ərazilərdə yaşayan insanların Rusiyanın və ya Ukraynanın tərkibinə daxil olmaq istəklərini təmin etməlidir.
“AzPolitika.info”


Şərhlər