Menu

"Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir" - Sabir Rüstəmxanlı

06.06.2023, 13:45
"Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir" - Sabir Rüstəmxanlı

“Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım deyil”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, ordunu gücləndirməklə paralel ölkənin daxilində əhalinin sosial müdafiəsi də gücləndirilməlidir: “Qazilərə münasibət məsələsi var, onlar hamısı bizim müdafiə sistemimizin içindədir. Mən sual etmək istəyirəm ki, DSMF və İşsizlikdən Sığorta Fonduna artımların neçə faizi bizim burada qaldırdığımız məsələlərin həllinə yönəldiləcək? Biz dəfələrlə qazilərin işsizliyi, işsizlik problemi, məmur-vətəndaş münasibətlərində problemləri qaldırmışıq. Bu gün yeni gələn məmur öz komandasını gətirir”.

Deputat ailələrin uşağı uşaq bağçasına qoya bilməməsindən də şikayətlənib: “Ailə uşağını bağçaya qoymaq üçün qapı-qapı gəzir. Niyə belə olmalıdır? Uşaqların məktəblərə qəbul olunması qəsdən çətinləşdirilir. Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir”.

Şərhlər

dadaşyev 2023-06-08 23:49:56

Bilirsinizmi,rus məktəblərində oxuyan uşaqlar niyə intellektual səviyyə baxımından milli məktəblərdə oxuyanlardan üstün olur?Məsələ yalnız elmi kitabların rusca bolluğunda deyil.Xeyr.Çünki məktəb yalnız elm öyrənmək yeri deyil,həm də tərbiyə ocağıdır.Məsələ bundadır ki,rus məktəblərində müəllimlər uşaqlara vətəndaş kimi yanaşırlar uşaqların yaşı az olsa da,milli məktəblərimizdə isə müəllimlər şagirdlərə müştərilərin uşaqları kimi baxırlar.Uşaqları azca sıxışdırmaq yetir ki,müştərilər peyda olsunlar məktəbdə.Peyda olan kimi də,buyur,əlin cibində olsun.

t.ədalət 2023-06-06 18:00:31

Rusiya özünün inperiya təsirini Azərbaycanda saxlamaq üçün rus dilinin zorla əhaliyə pərçimlənməsinə çalışır.Patruşev və Narışkin kimi imperiya xidmətçiləri Azərbaycandakı əlaltılarını buna məcbur edir.

Vaıideyin 2023-06-06 17:38:23

Təhsildə səviyyə qalıb ki?Əvvəl bu məsələ həll olunmalıdır. Rus dilli təhsilə artım dərsliklərin və dərslərin aparılma keyfiyyətindən asılıdır.Rus dilində təhsil alan uşqların bilik səviyyəsi bunu sübut edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol