Belqorodda “xüsusi hərbi əməliyyat” keçirən “Rusiya Azadlıq Legionu”nun döyüşçüləri Rusiya desant qoşunlarının polkovnikini öldürüblər.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında məhv edilmiş polkovnik Andrey Stesevə aid sənədin fotosu və cəsədinin videogörüntüləri yayımlanıb. Sözügedən polkovnik rusiyalı könüllüləri məhv etmək üçün Belqoroda göndərilən desantçıların komandiri olub.
Ukrayna tərəfində döyüşən “Rusiya Azadlıq Legionu” artıq bir neçə gündür ki, Rusiyanın Belqorod vilayəti ərazisində döyüşlər aparır və hətta bir neçə yaşayış məntəqəsinin bu hərbi birləşmənin nəzarətinə keçdiyi barədə məlumatlar var.
Sözügedən foto və videonu yayımlayan hərbi birləşmə məhv edilmiş polkovnikin “əllərinin dirsəyə kimi günahsız insanların qanına batdığını” bildirərək, öz müraciətində deyir: “Hər bir hərbi cani öz cəzasını məhkəmədə alacaq. Əlbəttə ki, əgər məhkəməyə qədər yaşasa...”
“AzPolitika.info”
Відео підтвердження ліквідації полковника ВДВ Андрія Стесєва. Джерело: легіон "Свобода Росії" pic.twitter.com/gzNY8S9DlD


Şərhlər