"ƏKS-HÜCUMUN QARŞISINI NÜVƏ ZƏRBƏSİ DƏ ALA BİLMƏZ" - “Onlar dünyanı qorxudurlar ki, Kaxovkadan sonra...”

Nova Kaxovkada törədilən partlayışın və Dnepr çayı ətrafında yaradılan ekoloji fəlakətin nəyə xidmət etdiyi getdikcə daha aydın görünməyəı başlayır. Bu növbəti hərbi cinayətin əsas məqsədinin gözlənilən Ukrayna əks-hücumunun qarşısını almaq olduğu ilk dəqiqələrdən məlum idi. Çünki Kaxovka SES hələ bir neçə ay əvvəldən Rusiya ordusu tərəfindən minalanmışdı və işğalçı ordunun onu özünə lazım olan vaxt partladacağı gözlənilirdi. İndi belə görünür ki, həmin vaxt yetişdi və Kreml insanlığa qarşı növbəti cinayətə imza atdı...

“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisinin sabiq müşaviri, tanınmış ekspert Aleksey Arestoviç Kaxovka SES-in Rusiya tərəfindən partladılmasının başlıca məqəsdinin Ukrayna əks-hücumunun qarşısını almaq olduğunu bildirib.

Arestoviç deyib ki, Kaxovka bəndi Antonov körpüsü partladılandan sonra Dneprin üzərindəki Xerson və Krım istiqamətində yeganə körpü kimi qalırdı. Onu partlatmaqla Rusiya Ukrayna ordusunun bu keçiddən istifadəsi ehtimalının qarşısını almaqla yanaşı, Dnepr çayının enini həmin ərazidə bir neçə kilometr artıraraq, ukraynalıların sol sahilə keçidini demək olar mümkünsüz vəziyyətə gətirib.


Arestoviç deyib ki, Rusiya Ukrayna qoşunlarının Dneprin deltasındakı adalar vasitəsilə Dneprin sol sahilinə keçərək, sonradan Krım istiqamətinə hücum üçün platsdarm yaradacağından qorxurdu. Kaxovkanın partladılması bu perspektivin qarşısını alıb.

Bununla yanaşı, Arestoviç qeyd edib ki, Ukrayna ordusunun sözügedən istiqamətdə Dnepri keçmək fikri olmayıb, çünki bu, çox çətin və böyük itkilərə səbəb olan əməliyyat olacaqdı: “Onların Kaxovkanı partlatması göstərdi ki, artıq Dneprin sol sahilindən əllərini üzüblər... Onların iki məqəsədi vardı. Birincisi, bizim qoşunların Xerson istiqamətindəki adalar vasitəsilə Dnepr çayını keçməsinin qarşısını almaq. İkincisi isə odur ki, onlar bütün dünyaya Ukrayna əks-hücumunun hansı dəhşətlərlə nəticələnə biləcəyini nümayiş etdirmək istəyirlər. Yəni, bundan da betər ola bilər, məsələn, Kaxovkadan sonra Zaporojye AES-də də nəsə baş verə bilər... Bütün bunlar dünyanı qorxutmaq və əks-hücumun qarşısını almaq üçündür. Tələb edirlər ki, dünya ölkələri Ukrayna əks-hücumunun qarşısını alsın. Niyə? Çünki bilirlər ki, bizim əks-hücum onları süpürüb atacaq və onların bunun qarşısını hərbi yolla almaq imkanları yoxdur... Ancaq bütün bu iniltilər mənasızdır və onların heç bir tədbiri əks-hücumun qarşısını almaq iqtidarında deyil... Ukraynalıları heç nə dayandıra bilməz. Ukraynanın əks-hücumunun qarşısını hətta nüvə zərbəsi də ala bilməyəcək”.


Artestoviç deyib ki, Rusiya ilk növbədsə sol sahildə su altında qalan hərbi texnikasını çıxarıb, insanlara isə o cümlədən öz əsgərlərinə belə məhəl qoymayıb. Bu da Rusiyanın “öz ərazisi və öz insanları” elan etdiyi anlayışlara gerçək münasibətini göstərir.

Arestoviç bildirib ki, Rusiyanın daha bir məqəsdi də Dneprin sol sahilindəki qoşunlarını həmin ərazidən çıxarıb, əsas zərbə gözlənilən Zaporojye və digər istiqamətlərə ataraq, həmin cəbhəni gücləndirməkdir. Lakin onun fikrincə, bu da onlara komək etməyəcək.

Ekspert qeyd edib ki, Rusiya bu cinayəti törətməklə Ukrayna əks-hücumundan nə qədər qorxduğunu göstərməklə bərabər, onun qarşısında aciz qaldığını da nümayiş etdirir. Rusiyanın növbəti dəfə Qərbi qorxutmaq, Ukraynaya hərbi dəstəyi dayandırmağa vadar etmək, rəsmi Kiyevi danışıqlar stoluna oturdaraq işğal faktı ilə barışdırmaq cəhdləri isə uğursuzluğa düçar olacaq.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2023-06-07 14:45:11

Böyük ehtinslla Ukraynanın eks hücumu Rusiyada hakimiyyet deyişikliyini süretlendirib,cemiyyetde nehsyet ki bir çaxnaşma yaradacaw,eger rus milleti araqdan ayıla bilse ki, tebii.

Son yazılar