Menu

Ərdoğan Kaxovka SES-in partladılması ilə bağlı təklif irəli sürüb

07.06.2023, 16:32
Ərdoğan Kaxovka SES-in partladılması ilə bağlı  təklif irəli sürüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Ərdoğan danışıq zamanı Kaxovka bəndində baş verən partlayışın təfərrüatlı araşdırılması üçün Rusiya, Ukrayna, habelə BMT və Türkiyə ekspertlərinin iştirakı ilə komissiyanın yaradıla biləcəyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol