Menu

"Bakıdakı iclasda Ermənistan iştirak etdi, Ermənistandakı iclasa da Azərbaycanın qatılacağına ümidvarıq" - General

08.06.2023, 16:11
"Bakıdakı iclasda Ermənistan iştirak etdi, Ermənistandakı iclasa da Azərbaycanın qatılacağına ümidvarıq" - General

Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi dəstəklənməli və sülhə nail olmaq üçün səylər göstərilməlidir.

APA xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov jurnalistlərə bildirib.

"Perspektivlər həmişə var və siz həmişə buna can atmalısınız. Bu günə qədər uğurlu alınıb. Bugünkü görüşdə Ermənistanın sərhəd idarəsi də iştirak edib. Ümid edirəm ki, Ermənistanda keçiriləcək görüşdə Azərbaycandan da nümayəndə heyəti iştirak edəcək", - o əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol