Menu

Ayxan Hacızadə XİN rəhbərlərinin Vaşinqton görüşünün təxirə salınmasına münasibət bildirib

08.06.2023, 16:27
Ayxan Hacızadə XİN rəhbərlərinin Vaşinqton görüşünün təxirə salınmasına münasibət bildirib

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin təxirə salınan görüşünün yenidən keçirilməsi istiqamətində müvafiq iş aparılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, görüşün yaxın zamanlarda baş tutacağı gözlənilir.

Onun sözlərinə görə, bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol