“Ukrayna ordusu cəbhəni yarsa, onu saxlamaq mümkün olmayacaq”
“AzPolitika.info” xəbər verir ki, bunu “Vaqner” başçısı Yevgeni Priqojin bugünkü videomüraciətində deyib.
Priqojin bildirib ki, əks-hücum nəticəsində Ukrayna ordusunun Novodonetskə girməsi mümkündür, bu isə onun fikrincə, Rusiya ordusu üçün fəlakətlə nəticələnə bilər:
“Əgər ordu geri çəkilsə, qoşunların 5-8 kilometr geri çəkilməsi o demək olacaq ki, düşmən istənilən dərinlikdə nəzarətsiz şəkildə irəliləyə biləcək. Əgər sən özgə əraziyə girirsənsə, hansı ki, tarixən sənin deyil, o zaman dayanmalı olursan, yerli əhalinin müqavimətilə rastlaşırsan, təminat xətləri tələb olunur və sair. Ancaq biz yaxşı başa düşürük ki, bu ərazilərdəki əhalinin ən azı 50 faizi Ukrayna ordusuna kömək edəcək. Ona görə də Ukrayna ordusu azca dərinə girən kimi, Berdyanska və Mariupola gedəcək. Onları saxlamaq mümkün olmayacaq”.
“AzPolitika.info”

Şərhlər