Menu

"İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir" - Ağ Ev

09.06.2023, 23:17
"İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir" - Ağ Ev

İran Rusiyaya "Şahed" pilotsuz uçan aparatların istehsalı üçün zavodun tikintisinə görə lazımi materialları verir. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Son həftələrdə Rusiya Kiyevə zərbələr endirmək üçün İranın PUA-larından istifadə edib. Rusiya ilə İran arasında hərbi tərəfdaşlıq dərinləşir. Biz, həmçinin narahatıq ki, Rusiya İranla birlikdə PUA istehsal edir", - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA istehsalı zavodunun tikintisi üçün avadanlıqların tədarükü barədə məlumatlara malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol