Bu gün sosial şəbəkələrdə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkisi üçün hazırladığı afişa yayımlanıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiya bayrağının rəngləri ilə hazırlanan afişada “Dəqiq vur, dürüst çalış. Yevgeni Priqojin 2024” mesajı yer alıb.
Sözügedən afişanın kim tərəfindən hazırlandığı hələ məlum olmasa da, sosial şəbəkə istifadəçiləri Priqojinin prezident seçkilərindən öncə siyasətə daxil olacağını və 2024-cü ildə öz namizədliyini irəli sürəcəyini bildiriblər.
Qeyd edək ki, 2024-cü ilin mart ayında Rusiyada prezident seçkisi baş tutacaq.
“AzPolitika.info”


Şərhlər