Azərbaycanda daşınmaz əmlakın sığortasının könüllü qaydada aparılması real görünmür.
Bunu “Report”a açıqlamasında Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O bunu iki fundamental amillə izah edib: “I amil ölkə əhalisinin sovet iqtisadiyyatı keçmişi ilə bağlı yaranmış mental modelidir. Bildiyiniz kimi o vaxt iqtisadiyyatda bütün mülkiyyət dövlətə məxsus idi, ona görə əmlakla bağlı risklər də dövlətin üzərində idi. Təbii və təbiətlə bağlı olmayan hadisələr nəticəsində mülkiyyətə dəyən zərərləri dövlət qarşılayırdı. Ona görə də “əmlakımıza dəyən zərərlə bağlı dövlət maliyyə yardımı edəcək” gözləntisi daşınmaz əmlakla bağlı risklərin sığortaya ötürülməsi təcrübəsinin formalaşmasının önünə keçir.
II amil odur ki, sığorta münasibətləri cəmiyyətimiz üçün yenidir, əhalinin mühüm hissəsi əmlakla bağlı sığorta münasibətlərinə daxil olmadığından bu sahədə lazımı məlumatlığa və təcrübəyə malik deyil. Belə olan halda əhalinin və iş adamlarının könüllü və kütləvi qaydada daşınmaz əmlak sığortasına müraciət etməmələri anlaşılandır”.


Şərhlər
Hörmətli Ziya Əliyev 3-cü nyuansı niyə demədiəniz Bu ondan ibarət idi ki,əmlak sığortalan şəxs əmlakına dəyən zərəri niyə dəymiş ziyanın tam məbləğində ala bilməməlidir,ancaq 25 000 manatla məhdudlaşdırılır.Əgər əmlak sığortalıdırsa ona kənardan dəyən zərər niyə məhdudlaşmalıdır?Bu hansı konstitusiya və Məcəllə ilə təsdiqlənir? Ona görə Sığiota rəşkilatlarına bu qeyri-qanuni məhdudiyyətlər barədə ciddi gösttiş verilib.icrasına nəzarətt təşkil edilməlidir.Belə hal avtomobil sığortasında da mövcuddyr.Buna son qoyulmalıdır.