Menu

Gəncə şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranıb

12.06.2023, 22:19
Gəncə şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranıb

Gəncə şəhərinin 3-cü mikrorayonu və bəzi ərazilərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

"Report"un Qərb bürosunun məlumatına görə, artıq 1 saata yaxındır ki, Gəncə şəhərinin 3-cü mikrorayonu və oranı elektrik enerjisi ilə təmin edən xətt üzərində olan digər ərazilərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Sakinlərin bildirdiyinə görə, elektrik enerjisinin verilməsində fasilələr tez-tez baş verir.

Qeyd edək ki, hazırda enerjinin verilişində fasilənin yaranmasına texniki problemin səbəb olduğu və həmin problemin aradan qaldırılması istiqamətində işlər aparıldığı bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol