2022-ci ildə ümumilikdə nüvə silahlarına 82,9 milyard dollar vəsait xərclənib.
“AzPolitika.indo” xəbr verir ki, bu barədə Nüvə Silahlarının Qadağasının İzlənməsi və Beynəlxalq Nüvə Silahları Təşəbbüsünün (ICAN) 2022-ci il üzrə illik hesabatında bildirilir.
Hesabatda deyilir ki, doqquz nüvə silahına malik ölkə öz arsenallarını modernləşdirməyə və genişləndirməyə davam etdiyi üçün nüvə silahına qlobal xərclər ardıcıl olaraq üçüncü ildə də artıb.
Müvafiq olaraq, keçən il nüvə silahına xərclənən məbləğ əvvəlki ilə nisbətən 3 faiz artaraq 82,9 milyard dollar təşkil edib.
ABŞ nüvə silahlarına ən çox pul xərcləyən ölkə mövqeyini bu dəfə də qoruyub. Vaşinqton ötən il bu sahəyə 43,7 milyard dollar vəsait xərcləyib. Vaşinqtonu 11,7 milyard dollar vəsait xərcləyən Çin və 9,6 milyard dollar xərcləyən Rusiya izləyir.
“AzPolitika.info”


Şərhlər