Menu

"Azərbaycana - Vətəninizə xoş gəlmisiniz!" - İlham Əliyev Türkiyə liderinə

13.06.2023, 14:29
"Azərbaycana - Vətəninizə xoş gəlmisiniz!" - İlham Əliyev Türkiyə liderinə

"Əziz qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana - Vətəninizə xoş gəlmisiniz! Sizi Prezident seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.

"Şadam ki, bu qələbədən iki həftə sonra Siz Azərbaycana dövlət səfərinə gəlmisiniz!" - Azərbaycan Prezidenti bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol