“Belə bir silahı olan ölkə ilə heç kimin döyüşmək istəməyəcəyini düşünmürəm. Bu, çəkindirici faktordur. Lakin əlbəttə, bunun istifadə edilməli olduğu vəziyyətlərdən yayınmaq istəyərdim”.
“AzPolitika.info” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi ilə bağlı danışarkən deyib.
Lukaşenko Belarusa qarşı hər hansı təcavüz aktı olarsa, bu zaman heç bir halda tərəddüd etməyəcəkləri ilə bağlı xəbərdarlıq edib.
Lukaşenko həmçinin, Belarus ərazisində yerləşdiriləcək nüvə silahının əhəmiyyətindən də danışıb: “Bu nə üçün lazımdır? Bu, bəzi əclafların Belarus torpağına bir ayağıyla belə ayaq basmaması üçün lazımdır”.
“AzPolitika.info”


Şərhlər
Putinin blefləri işə yaramadı. İndi də bu blef yapıyor. Heç nə də edə bilməyəcək. Ümumiyyətlə yavaş-yavaş bəlli olur ki, nüvə silahından heç kim cəsarət edib istifadə etməyəcək. Nüvə silahı yalnız qorxutmağa yaradırmış və əbəs yerə bu silaha bu qədər vəsait xərclənib.