Menu

Rusiya Şimali Koreyaya neft tədarükünü bərpa edib

13.06.2023, 23:58
Rusiya Şimali Koreyaya neft tədarükünü bərpa edib

Rusiya 2020-ci ildən bəri ilk dəfə Şimali Koreyaya neft tədarükünü bərpa edib. “Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Məlumata görə, 2022-ci ilin dekabrından bu ilin aprel ayına qədər Rusiya Federasiyası KXDR-ə təxminən 67 min barel neft tədarük edib.

Bundan əvvəl Rusiya 2020-ci ilin oktyabrında Şimali Koreyaya neft tədarükünü dayandırmışdı. BMT-nin hesabatında Rusiyanın Şimali Koreyaya nefti necə tədarük etdiyi göstərilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol