“Azərbaycan” qəzetinə sistemli pul ayrılmasa, qəzet fəaliyyətini dayandıracaq. Vəziyyət göstərir ki, hər il bizə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir. Əks təqdirdə çapımız dayanacaq.”
Bunu Milli Məclisin iclasında “Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov deyib.
Maraqlıdır, görəsən, nə vaxtdan Milli Məclisin orqanı olan, böyük tarixə malik rəsmi qəzet Bəxtiyar Sadıqovun - nə redaktor kimi redaktor, nə jurnalist kimi jurnalist, nə deputat kimi deputat olan birinin istəyi, əmri ilə bağlanır? Kim ona bu ixtiyarı verib? Azərbaycanın adını daşıyan bir qəzeti ona rəhbərlik etdiyi 22 ildə şablon, plagiat yazılarla, baş sağlıqları ilə doldurub dəyərdən salan bir kəsin bu gün utanmadan dövlətdən şantajla pul tələb etməsi açıq-aşkar "reketlik" təsiri bağışlayır.
Məhz B.Sadıqovun "misilsiz idarəçilik və jurnalistika bacarıqları" sayəsində 22 il ərzində “Azərbaycan” qəzeti tamamilə büdcədən asılı vəziyyətə düşdü.
Sadıqovun "menecerlik" bacarığı isə özünü onda göstərir ki, 22 ildir “Azərbaycan” qəzetində hər gün 15-20 başsağlığı dərc olunur. Hər biri də 50 manatdan - bir aya 30 min manat! Hansısa "babat" məmurun qohumu - “dayısı oğlunun qayınanasının bibisi qızı" rəhmətə getdisə, "başsağlığı"nın qiyməti avtomatik kəllə-çarxa çıxır - olur azı 500 manat!
Vaxtilə bütün deputatları “Azərbaycan”a aylıq pul ödəməyə məcbur etmişdi. Yəqin, B.Sadıqov bütün bu pulları işçilərinə paylayıb...

Bəlkə də "əli aşağı" olduğu üçün belə "cəsarət" nümayiş etdirən B.Sadıqov, görünür, ona indiyə qədər yaradılan və əslində, layiq olmadığı imtiyazları, imkanları unudub. Yəqin, onu da unudub ki, qəzetdə dövlət, dövlətçilik haqqında palaz-palaz plagiat yazılar dərc etdiyi halda, öz ətrafında, yaxın qohum-əqrəbası arasında belə Azərbaycan dövlətçiliyinə xor baxanlar olub və var.
Məsələn, Bəxtiyar Sadıqovun yeznəsi Həsənbala Sadıqov 1993-cü ildə Əlikram Hümbətovun yaratdığı qondarma “talış-muğan respublikası"nın "təhsil naziri" təyin edilmişdi. Yəqin, bunu çoxları bilmir. Heydər Əliyev hakimiyyətə gələndən sonra H.Sadıqov ölkədən qaçdı. Ancaq xaricdə də illərlə Ə.Hüməbotovla "dostluq" etdi.
Lakin B.Sadıqov deputat seçiləndən və “Azərbaycan” qəzetinin baş redaktoru təyin olunandan sonra H.Sadıqov Azərbaycana qayıtdı, Gəncə Dövlət Universitetində birbaşa kafedra müdiri vəzifəsinə təyinat aldı, həyat yoldaşı Rəfiqə Sadıqova “Gəncənin səsi” qəzetinə baş redaktor təyin olundu.
Əlbəttə ki, bu məsələlərdə B.Sadıqovun "zəhməti" və "minnəti" olub. Öz yaxın qohumunun hansı yuvanın quşu olduğunu bilə-bilə qabağa çəkməsi Sadıqovun dövlətə və dövlətçiliyə münasibətinin bariz nümunəsidir.
Yeri gəlmişkən, B.Sadıqovun bacısı oğlu Yalçın da məhz onun sayəsində hərbi komissarlıqda yüksək vəzifələrə təyin olunub.

B.Sadıqovun Ramiz Mehdiyev sevdası isə ayrı bir aləmdir və o qədər böyükdür ki, onu "Azərbaycan" qəzetinin palaz-palaz səhifələrinə də yerləşdirmək olmaz. Rəhbərlik etdiyi qəzeti məhz baş ideoloqu hesab etdiyi Ramiz Mehdiyevin "divar qəzetinə" döndərən Sadıqov Prezident Administrasiyasının sabiq başçısını göylərə qaldırmaqdan həzz alırdı. Təsəvvür edin ki, Ramiz Mehdiyevlə bağlı yazılara öz imzasını qoyan B.Sadıqov, Prezident İlham Əliyev barədə məqalələrə müxbirlərin imzasını qoydururdu. Yəqin, elə indi də Ramiz Mehdiyev üçün darıxır...
Bütün bunlara baxmayaraq, B.Sadıqov indiyə kimi “Yusif Məmmədəliyev” medalı, “Əməkdar jurnalist” adı, “Şöhrət” ordeni alıb, 20 il deputat mandatı daşıyıb. Demək olar, bütün dövlət tədbirlərində "harda aş, orda baş "olub. Nəticədə, görünür layiq olmadığı mərtəbəyə qaldırılan B.Sadıqov elə başa düşüb ki, “Azərbaycan” qəzeti artıq onun dədə mülküdür. Yəni, hökumət ona "doyunca" pul versə, işlədəcək, pul verməsə, bağlayacaq. Budurmu ideologiya, dövlətçilik, media təəssübkeşliyi?!

Əlbəttə ki, "Azərbaycan" qəzetini bağlamaq Sadıqovun çapı və başı üçün deyil. Belələri öz dükan-bazar təfəkkürləri ilə dövlətin rəsmi orqanına yox, siqaret köşkünə rəhbərlik etməlidirlər ki, nə vaxt kefləri istəsə açıb-bağlasınlar...
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər
Qəzet köşklərində siqarətin satışı ilə yanaşı Peraşki bişirib satırlar.. Aidiyyatı qurumlar antisanitariya vəziyyətində satılan Peraşkiyə göz yumurlar................?
əli əhmədovu da unutmayın.... onu həbs etmək lazımdır
Məqalədəki, şəklə fikir verin, Əli Həsənov (əvvəllər ac-yalavacın biri olmuş, məncə Bəxtiyar da elə onun tayı) Bəxtiyarın sinəsinə ordennən-medaldan döşəyir. Mən əminəm ki, o qəzetə ayrılan pulları öz aralarında dədə malı kimi, dəqiq deyə bilmərəm, (bəlkə də başqa bölgü sistemi ilə) bölüşüblər.
Bu qazeti oxuyan varmı ?
Zaman gelecek ki ,bınun kimi döşüne döyüb tumanını başına çekşb bile bike milletin pulunu yele verenlerden de gaqq hesab çeken Kişiler tapılacaq ve bunları başa salacaqlar kbu Büdce -Xezine milletindir....
Bəxtiyar da görür ki, hərə bir tərəfdə qapazdayır, o da öz aləmində fikirləşir ki, kimdən geriyəm və askarbinkanı (iştah dərmanıdır) qoşa-qoşa atır...
Pulu oğurlayan .... kimi oğurlayar,ona heç gözün üsə qaşın var deyən yoxdur
Bu qəzetə cəmi beş-on əməkdaş lazımdır ,onların da vəzifəsi ,qanunları ,fərmanları ,sərəncamları qəzetin səhifəsində yerləşdirmək ,müxbir və başqa ıməkdaşlara ehtiyac yoxdur ,Türkiyədəki kimi rəsmi qəzet formatında olmalıdır ,baş redaktoruda MM sədr təklif edirəm
"B.Sadıqov indiyə kimi “Yusif Məmmədəliyev” medalı, “Əməkdar jurnalist” adı, “Şöhrət” ordeni alıb, 20 il deputat mandatı daşıyıb. Demək olar, bütün dövlət tədbirlərində "harda aş, orda baş "olub. Nəticədə, görünür layiq olmadığı mərtəbəyə qaldırılan B.Sadıqov elə başa düşüb ki, “Azərbaycan” qəzeti artıq onun dədə mülküdür."...Məqalədəki şəkilə diqqət etsək Əli Həsənov kimi "əli, vicdanı, əqidəsi təmiz" birisinin Bəxtiyarın sinəsinə növbəti "şərəfli" ordennən medaldan yapışdırır...
Pah atonnan, ne pis sifeti varmish bunlarin ; evin yixilsin Azerbaycan!
Azərbaycan qəzetinin maliyyə təftiş fəaliyyəti təcili yoxlanılmalıdır : Şəki də çıxan Region mediası qəzetinin sahibi Baba Mirzəxanlı milyonçu olubdur,, Şəki də obyektlərinin sayı onlarcadır..... Yuxarının tapşırığı əsasında bu il 30000 manat abunə hedsabına pulu mənimsəyib, qəztləri də çıxmır. yazıq İcra nümayəndələri və bələdiyyələr səsini çıxartmağa qorxurlar,çünki yuxarının tsapşırığı əsasında abunəyə yazılıblar... Belə qəzetlərin fəaliyyətləri təcili yoxlanılmalıdır. Sual doğur. əgər belə deyilsə Baba Mirzəxanlıya pul hardan oldu bu obyektləri inşa etdirməyə, çıxartdığı qəzetidə bir qəpiyə dəyməz?
Belə bir qəzeti görən,alan,oxuyan varmı?Hələ büdcə ayırması istənilir? Ayıb deyilmu?Qəzet kioskaları saqqız.Siqaret satmaqla məşğul olir.Bəs özünü jurnalist hesab edən qəzet redaktoru nə işlə məşğuldur?büdcəni belə görünməyən fəaliyyətə sərf etmək cinayət deyilmu?