Menu

"Putin ən pis halda Tanrının köməkçisidir" - Qorbaçov

21.11.2014, 09:23
"Putin ən pis halda Tanrının köməkçisidir" - Qorbaçov

Qorbaçov: "Bir vaxtlar mənim etdiyim səhvləri indi o, təkrarlayır"

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putin haqqında maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, Qorbaçov bildirib ki, hazırda Putin onun buraxdığı səhvləri təkrarlayır.

"Putin nə qədər ki, özünü Tanrı hesab edəcək, mənim səhvlərimi təkrarlayacaq. Hesab edirəm ki, Putin bir vaxtlar mənim tutulduğum xəstəliyə tutulub - həddindən artıq özünəəminlik xəstəliyinə. Ətrafdakıların dediklərinin onun üçün heç bir mənası yoxdur. O, artıq Tanrıdır. Ya da ən pis halda Tanrının köməkçisidir", deyə Qorbaçov bildirib.

Qorbaçov onu da bildirib ki, o, Putinlə il yarımdır ki, görüşmür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol