Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili hazırkı Prezident Salome Zurabişvilinin son müsahibəsindəki fikirlərinə cavab verib. Qeyd edək ki, Zuravbişvili həmin müsahibədə Saakaşvilini əfv etmək fikrində olmadığını deyib.

“AzPolitika.info” xəbər verir ki, Saakaşvili Zurabişviliyə cavab məktubunda hazırkı Gürcüstan Prezidentinin özünü demokrat kimi göstərməsinə baxmayaraq, Rusiyanın və onun Gürcüstandakı “emissarı”, milyarder Bdzina İvanişvilinin xidmətində durduğunu yazıb: ”Mən özümü şəxsən Putinin hərbi əsiri hesab edirəm. Məni zəhərləyiblər, mənə işgəncə veriblər... Zurabişviliyə gəlincə, o, iküzlülüyü ilə seçilir və heç vaxt İvanişviliyə sərfəli olmayanları etmir. 

O, 2008-ci il müharibəsində Gürcüstanı ittiham edib. Baxmayaraq ki, hərdən düzgün sözlər deyir. İndi o, Zelenskidən dəvət almaq üçün yalvarır... Zurabişvili sadəcə, İvanişvilinin kuklasıdır və ondan Qərbə, Ukraynaya “diş ağartmaq” üçün istifadə edir. Təkcə onu xatırlamaq kifayətdir ki, Zurabişvili mənim 2008-ci ildə “Tsxinvaliyə hücum etdiyim” üçün itiham olunmağımı tələb edirdi. O, Rusiyanın bütün hərbi təxribatlarını təqdir edirdi... Ukraynalılar aldanmamalıdır. Bu qadının boş sözlərinin arxasında Rusiyanı sanksiyalardan yayındırmaq üçün İvanişvili ilə əməkdaşlıq durur...”

“AzPolitika.info”