"Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür".
"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
O bildirib ki, rəsmi London Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir.
C.Kleverli həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.


Şərhlər
Nəhayət ki, BB XİNnin etnik soyqırım və Hərbi İşğal terrorçumuz-Ermənistana səfərindən və 27 illik bir axınlı münasibətlərdən sonra rəsmi Bakı Londonun da digər təsirli tərəfdaş ola biləcəyini hiss edib. Bu siyasi oyanış da demək olar.