Menu

“ƏSAS QÜVVƏMİZ HƏLƏ DÖYÜŞƏ GİRMƏYİB” – “Hər şey hələ qabaqdadır”

23.06.2023, 17:47
“ƏSAS QÜVVƏMİZ HƏLƏ DÖYÜŞƏ GİRMƏYİB” –  “Hər şey hələ qabaqdadır”

“Hər kəs dərhal və bir anda böyük qələbə qazanmaq istəyir. Və biz də. Ancaq bu prosesin bir qədər vaxt aparmasına hazır olmalıyıq. Çünki hər tərəfdə çoxlu qüvvələr və mühəndis maneələri var. Bizim əsas qüvvəmiz hələ döyüşə girməyib. Biz hazırda düşmən müdafiəsinin zəif yerlərini araşdırırıq. Hər şey hələ qabaqdadır”.

“AzPolitika.info” xəbər verir ki, bunları Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski Böyük Britaniyanın “The Guardian” nəşrinə müsahibəsində deyib.

Sırski bildirib ki, Donetsk vilayətinin Baxmut yaxınlığındakı Serebryanski meşəsində çox ağır döyüşlər gedir: “Rusiya əsas qüvvələrini cənub cəbhəsindən bura köçürüb. Deyə bilərəm ki, cəbhənin şərq istiqamətində də vəziyyət olduqca ağırdır. Ruslar təşəbbüsü ələ keçirməyə çalışırlar”.

“Biz düşməni kiçik hesab etməməliyik. Düşmən əsas təhlükəli istiqamətləri qabaqcadan görüb və hazırda gözləyir. Onlar orada keçilməsi olduqca çətin olan güclü müdafiələr qururlar. Lakin hərbçilərimizin mənəvi-psixoloji durumu, təlimi və hazırlığı yerindədir. İnanıram ki, onlar bir açıqlıq tapacaq və bundan istifadə edəcəklər”, - deyə o, bildirib.

Rusiyanın hazırda Ukraynada 400 minə yaxın canlı qüvvəsinin olduğunu deyən general Sırski Ukrayna ordusunun mütləq müdafiənin zəif yerlərini tapıb, onu yarmağa müvəffəq olacağını bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol