Menu

“Azərbaycanla əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf edir” - ABŞ-nin müvəqqəti işlər vəkili

23.06.2023, 21:21
“Azərbaycanla əməkdaşlıq bütün istiqamətlər üzrə inkişaf edir” - ABŞ-nin müvəqqəti işlər vəkili

“İkinci Dünya Müharibəsindən sonra ABŞ Avropanın bərpasında müsbət rol oynayıb”.

Oxu.Az bildirir ki, bunu ABŞ-nin Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Gevara bildirib.

O deyib ki, ABŞ Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini dəstəkləyir.

O, həmçinin Azərbaycanla əlaqəyə də toxunub:

“Bizim Azərbaycanla 30 ildə əməkdaşlığımız genişlənib, şaxələnib. İndi ABŞ-Azərbaycan əməkdaşlığı bütün istiqamətlər üzrə inkişaf edir”, - deyə əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol