Menu

Ramil Usubov polis rəisininin yerini dəyişdi

21.11.2014, 13:12
Ramil Usubov polis rəisininin yerini dəyişdi

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi polkovnik-leytenant Lətif Cahangirov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

Xatırladaq ki, 11-ci polis bölməsinin rəisi polkovnik-leytenant Anar Həsənov az öncə vəzifəsindən azad edilərək sərəncama göndərilmişdi.

Məlumatı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən Axar.az-a təsdiqlədilər. Növbətçi hissədən verilən məlumata görə, artıq Lətif Cahangirov yeni vəzifəsini icra edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol