Menu

Lukaşenko ailəsinin təyyarəsi Türkiyəyə yola düşüb - Göyərtəsində kimlərin olduğu bilinmir

24.06.2023, 12:04
Lukaşenko ailəsinin təyyarəsi Türkiyəyə yola düşüb - Göyərtəsində kimlərin olduğu bilinmir

Ötən gecə Belarus Prezidentinin ailəsi və Aleksandr Lukaşenkoya ən yaxın iri məmurların istifadə etdiyi təyyarə Minskdən Türkiyənin Bodrum şəhərinə yola düşüb. 

“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Belarusun müxalif xəbər portalları yayıblar. Söhbət “Canadair CL-600-2B19 Challenger 850” təyyarəsindən gedir.

Xəbərdə deyilir ki, təyyarə Rusiyanın hazırda qiyam yaşanan cənub bölgələrindən yan keçərək, uzun məsafə qət etməklə Xəzər dənizi, Gürcüstan üzərindən Türkiyəyə üz tutub və Bodrumda eniş edib. Təyyarənin göyərtəsində kimlərin olduğu bildirilmir. Ancaq ehtimal olunur ki, həmin təyyarənin məhz qiyam gecəsi Minski tərk etməsi təsadüfi deyil...

“AzPolitika.info” 

Şərhlər

Roma 2023-06-24 13:01:45

Lukaşın təyyarəsi nə üçün Türkiyəyə yola düşüb, axı o rusiyaya və ya ermənistana yola düşməliydi, onların həmişə sözünü deyir, onlara tərəfkeşlik edir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol