Menu

İran ilə nüvə danışıqlarında ciddi fikir ayrılığı

21.11.2014, 13:30

iran nuveFransa və ABŞ nümayəndələri Tehranla nüvə proqramına dair beynəlxalq danışıqlarda İranın məsələyə yanaşması ilə bağlı ciddi fikir ayrılığının qaldığını qeyd edirlər.

Bundan əvvəl ABŞ Dövlət Katibi John Kerri həmin danışıqların məqsədinin İranın nüvə proqramına dair yekun razılığın əldə olunmasından ibarət olduğunu demişdi.

Bu arada İranın atom enerjisi təşkilatının başçısı Əli Əkbər Salehi Tehranın beynəlxalq danışıqlarda Arak məntəqəsindəki reaktorun fəaliyyətinə aid məsələlərdə güzəştə getmək niyyətində olmadığını bildirib.

Tehranın beynəlxalq vasitəçilərlə nüvə danışıqlarında məhz reaktorla bağlı mövzu müzakirə olunan əsas məsələ olub.

Beynəlxalq Atom Enerjisi agentliyinin ekspertlərinin zənn etdiyinə görə, Arak reaktoru İran tərəfindən hərbi məqsədlər üçün nəzərdə tutulmuş plutonium istehsalında istifadə oluna bilər.

Tehran nüvə proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini vurğulayır.

Danışıqlarda razılığın əldə olunması üçun növbəti tarix bazar ertəsi noyabrın 24-ə təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol