Belarus prezidenti Aleksandr Lukaşenkonun üsyançı “Vaqner” dəstəsinin rəhbəri Yevgeni Priqojinlə danışıqlarının təfərrüatı məlum olub.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Lukaşenkonun planına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov istefaya göndərilməlidirlər.
Lakin məlumat rəsmi olaraq hələ ki, təsdiq edilməyib.
Priqojinə məxsus olduğu deyilən teleqram kanalı isə iddia edir ki, Şoyqu artıq FSB tərəfindən saxlanılıb.
Açıqlamada deyilir: "Şoyqu və Gerasimov hərbi tribunal tərəfindən cəzalandırılacaq. Şərtlərim yerinə yetirilməyə başlandı, Şoyqu artıq FSB tərəfindən saxlanılıb. Gözləyək!!!”
"AzPolitika"

Şərhlər
Onları deyil,sizin saytın kollektivini istefaya göndərmək lazımdır....
Bax ona görə deyirlər ki,siyasət çox murdar işdir.Bu iki adam Putinin ən yaxın,ən inandığı adamlardandı.Dostdurlar yəni.Amma müharibəni uduzmağın təqsirini kiminsə üstünə atmaq,onu işdən götürüb cəzalandırmaq lazımdır.Stalin bunu birbaşa edirdi,ordu generalıTuxaçevskini,Rokossovskini,NKVD komissarı Yaqodanı,Yejovu-filanı həbs etmək lazımdırsa dərhal həbs etdirirdi.Bunun üçün ”Priqojin” kimilərlə oyun çıxartmırdı.Həbs edilsin,istintaqa verilsin,vəssalam.Putin isə öz “kadr”ı olan Priqojinlə gör nə əcaib tamaşa qurdu ki,Şoyqunun,Gerasimovun yanında utanmasın.Rusiyanı fəlakətdən qurtarmaq üçün lazımmış yəni bunların işdən atılmağı.O kadar net yani.24 il əvvəl rus binalarını partlatdırıb,bunu çeçenlərin üstünə ataraq Çeçenistanı dağıdan,15 il əvvəl Abxaziyada,Osetiyada öz rus sülhməramlılarına atəş açdırıb bundan istifadə edərək Abxaziya və Osetiyanı işğal edən,yəni oyunlar qurmağı sevən bir adamdan bundan artıq nə gözləmək olar ki?Görəsən iki il yarım sonra bizdəki murdarməramlıların çıxarılmaq vaxtı çatanda onları daha beş il saxlamaq üçün nə oyunlar çıxaracaq?Hər halda erməniylə sülh müqaviləsinin bağlanmasının uzadılması boşuna deyil.Hər kəsə bəllidir ki,erməni bizimlə müqavilə bağlamayacaq,daha doğrusu bağlamağa qoymayacaqlar onu nə Rusiya, nə Qərb aləmi.