Məlum olduğu kimi, ötən gün “Vaqner”-in yarımçıq hərbi qiyamı zamanı Rusiya ordusunun vertolyotları ilə yanaşı, bir hərbi təyyarəsi də vurulub.
“AzPolitika.info” xəbər verir ki, Rusiya “Birinci kanalı”nın jurnalisti İrina Kuksenkova “İL-22” hərbi təyyarəsinin vurulması səbəbi barədə açılqlama verib. Jurnalist deyib ki, Yevgeni Priqojin hələ Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahında olarkən jurnalistlər ondan nədən hərbi təyyarəni vurduqlarını soruşublar. Məsələ ondadır ki, “İL-22” bombardmançı yox, “ hava komanda-nəzarət məntəqəsi” rolunu oynayır və bu təyyarə “Vaqner”i bombalamayıb.
Priqojin isə cavabında deyib ki, onun hərbi kolonundakı hərbçilərdən biri fərq qoymadan bütün uçan texnikanı atəşə tutub: “O axmaq uçan hər şeyi vururdu”.
Sözügedən təyyarənin göyərtəsində azı 10 Rusiya hərbçisinin olduğu və onların hamısının həlak olduğu bildirilir. Jurnalist qeyd edib ki, Priqojin həlak olanların hər birinin ailə üzvlərinə 50 milyon rubl verməyə hazır olduğunu deyib.
“AzPolitika.info”


Şərhlər