Rusiya Prezidenti Vladimir Putin ölkənin güc strukturlarının rəhbərləri ilə görüşüb.
“Report” xəbər verir ki, müşavirədə “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojinin başçılığı ilə baş verən silahlı qiyamın nəticələri və hazırda yaranmış vəziyyət müzakirə olunub.
“Mən sizi bu bir neçə gün ərzində görülən işlərə görə təşəkkür etmək və bu zaman yaranmış vəziyyəti müzakirə etmək üçün topladım. Ölkədə baş verən hadisələrin təhlili nəticəsində qarşımızda duran vəzifələrdən də danışacağıq”-deyə, Putin bildirib.
Müşavirənin başqa təfərrüatları açıqlanmayıb.
Görüşdə baş prokuror İqor Krasin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rosqvardiyanın başçısı Viktor Zolotov, Federal Mühafizə Xidmətinin rəhbəri Dmitri Koçnev və İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin iştirak ediblər.
***
Putin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə iclas keçirir.
APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.
İclasda Baş prokuror Krasnov, daxili işlər naziri Kolokoltsev, müdafiə naziri Şoyqu, FTX direktoru Bortnikov və digərləri həmçinin Kreml administrasiyasının rəhbəri Vayno iştirak edir.


Şərhlər