Menu

“ABŞ xüsusi xidmətləri diplomatlarımızı ələ almağa çalışır” – Rusiyanın BMT-dəki nümayəndəliyi

27.06.2023, 14:35
“ABŞ xüsusi xidmətləri diplomatlarımızı ələ almağa çalışır” – Rusiyanın BMT-dəki nümayəndəliyi

ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşlarına psixoloji təzyiqlər göstərir və onları müxtəlif vasitələrlə “əməkdaşlığa” cəlb etməyə çalışır.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Mariya Zabolotskaya bildirib.

Onun sözlərinə görə, ABŞ-ın xüsusi xidmət əməkdaşları rusiyalı diplomatlara küçədə və aeroportda belə yaxınlaşır, hər cür vasitəylə onlara təsir etmyə çalışırlar.

“ABŞ xüsusi xidmət orqanları bizim BMT ilə əməkdaşlığımızın səmərəsini düşürmək üçün kompleks tədbirlər görür, diplomatlarımıza qarşı da psixoloji təzyiqlər göstərir. Onların əməkdaşlarımıza küçədə və hava limanında yaxınlaşmalarını başqa nə cür izah etmək olar? Sosial şəbəkələrdə və elektron poçt xidmətlərində tez-tez FTB ilə əməkdaşlıq etməyə çağırış edən reklamlar önə çəkilir, nümayəndəliyin qərargahı yerləşən ərazidə, habelə, əməkdaşlarımızın işdən evə gedib gəldiyi marşrut istiqamətində “əməkdaşlığa çağırış” məzmununda olan təşviqat vərəqələri yapışdırılır".

Rüfət

AzPolitika.info

Şərhlər

musa 2023-06-28 01:42:09

nə olsun, Azərbaycan Xarici İşlər NAzirliyinə əksəriyyəti ruslar verbovka edibler.... güc orqanlarını isə ağlayan gərəkdir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol