Çeçenistan rəhbəri Ramzan Kadırov Qurban bayramı ərəfəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşdüyünü və regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kadırov öz teleqram kanalında paylaşım edib.
"Görüşümüzdə mən Çeçenistan Respublikasının sosial-iqtisadi vəziyyəti haqqında məlumat verdim. Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov yazıb.
O, səhifəsində görüşdən Putinlə selfi formatında foto da paylaşıb.


Şərhlər
Kül başına, nə gündəsən ay Putin? Ayə sən niyə belə çumoya döndün? Rəsul Quliyevin məhşər sözü "bədbəxt" günə qaldın ay Putin! Belə gedirsə səni xayaların dan asacaqlar, Saakaşvilini yox...
Məhz elə bu şəkil Rusiyanın, Rusiya dövlətinin və Putinin nə olduğunu, hansı durumda və sifətdə olduğunu simvolizə edir, göstərir.Rusiya dağılmağa hamilədir...