Menu

"Moskva Qarabağda atəşkəsin pozulması hallarının artmasından narahatdır" - Zaxarova

28.06.2023, 19:25
"Moskva Qarabağda atəşkəsin pozulması hallarının artmasından narahatdır" - Zaxarova

"Moskva Qarabağda atəşkəs rejiminin tez-tez pozulmasından narahatdır. Biz tərəfləri məsələlərin sülh və diplomatik yolla həllinə çağırırıq".

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, Rusiya Federasiyası sülhməramlıları ilə birlikdə tərəfləri təmkinli olmağa və mübahisəli məsələlərin dinc, siyasi və diplomatik yolla həllinə çağırır: "Rusiyanın rolu sənədləşdirilmişdir, bunda Ermənistan və Azərbaycanın imzası var. Bunu Rusiya tərəfi də təsdiqləyib".

Şərhlər

t.ədalət 2023-06-28 22:50:26

Fikir verirsiniz,Mariya Putinin Dərbənd səfərinin ərəfəsində Qarabağdakı atəşkəs rejimindən narahatlığını bildirir.Deməli,"torbada pişik var".

Tahir 2023-06-28 20:27:50

Əlbətdə çox "narahatsınız". Amma köpünüz qəşəng alındı ha..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol