Menu

Pentaqondan təkzib gəldi – Ukraynaya bu raketlər satılmayacaq

30.06.2023, 11:59
Pentaqondan təkzib gəldi – Ukraynaya bu raketlər satılmayacaq

Pentaqon Ukraynaya ATACMS uzaqmənzilli raketlərin verilməsi ilə bağlı qərardan xəbərsiz olduğunu açqılayıb.

”AzPolitika.info” xəbər verir ki, bu bəyanat “The Wall Street Journal” qəzetinin Vaşinqtonun yaxın vaxtlarda bu raketləri Kiyevə ötürmək fikrində olması barədə xəbər yaymasından sonra verilib.

Pentaqonun sözçüsü briqada generalı Patrik Rayder mətbuat brifinqində deyib: "ATACMS haqqında verəcəyim heç bir yeni məlumat yoxdur və yaxın gələcəkdə ATACMS sistemlərinin ötürülməsi ilə bağlı hər hansı qərar barədə məlumatlı deyiləm".

Kiyev uzun müddətdir ki, təqribən 300 kilometr uçuş məsafəsinə malik ATACMS taktiki raket sistemlərini əldə etməyə çalışır. Hərbi-siyasi rəhbərlik iddia edir ki, bu raketlər Ukrayna ordusuna cəbhə xəttinin xeyli gerisində yerləşən Rusiya qoşunlarına zərbə endirməyə kömək edəcək. “The Wall Street Journal” yazır ki, xüsusən də Rusiyanın pilotsuz təyyarələrin buraxılması üçün baza kimi istifadə etdiyi ilhaq edilmiş Krımdaki hədəfləri vumaq mümkün olacaq.

Qəzet xatırladır ki, bundan əvvəl Vaşinqton ATACMS raketlərinin Ukraynaya təhvil verməkdən qəti şəkildə imtina etmişdi. Qeyd olunmuşdu ki, səbəb Ukraynanın Rusiya ərazisinə zərbələr endirə biləcəyi və nəticədə münaqişənin daha da gərginləşdirəcəyi qorxusudur.

Ukrayna dəfələrlə bildirib ki, müasir silahların, xüsusən də ATACMS raketləri və qırıcı təyyarələrinin tədarükü müqabilində onların Rusiyadakı hədəflərə qarşı tətbiqindən imtina etməyə hazırdır. Amma bura işğal olunmuş ərazilər və ilhaq edilmiş Krımdakı hədəflərin daxil olub-olmadığını dəqiqləşdirilməyib.

ATACMS 310 kilometrə qədər məsafədəki hədəfləri 1 metr dəqiqliklə vura bilirlər. Son 20 ildə “Lockheed Martin” şirkəti bu raketlərdən 4000 ədədə yaxın istehsal edib. Onların bir hissəsi müttəfiqlərə satılıb, 600-ə yaxını isə İraq və Fars körfəzindəki müharibələr zamanı istifadə olunub.

“AzPolitika.info”

Şərhlər

Abdal Əzimli 2023-06-30 19:43:56

ATACMSın verilməməsi Kiyevə Hərbi-texniki və Maliyyə yardımı arxasında Kreml Ağ ev xosunlaşması şübhəsi yaradır. Ukrayna ötən bir ildə bircə vilayət azad edə bilməyib və onlarla qat üstün hərbi gücə malik RFna heç zaman qalib gələ bilməyəcək? Digər dövlətlər bu SUPERlərə necə ümid bəsləyir-inanırlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol