“Cənub” qrupunun mətbuat mərkəzinin rəhbəri Vadim Astafiyev iddia edir ki, rus artilleriyaçıları Artyomovsk (Baxmut) yaxınlığında Ukraynanın “Starlink” peyk rabitə stansiyasını və pilotsuz uçan aparatların idarəetmə məntəqəsini məhv ediblər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
"Artilleriya qrupu tərəfindən Soledar-Artyomovsk istiqamətində “Starlink” rabitə stansiyası, “Leleka-100” pilotsuz uçan aparatı ilə birlikdə pilotsuz uçuş aparatlarının idarəetmə məntəqəsi, rabitə qovşağı və içində piyada dəstəsi olan pikap məhv edilib”, - deyə Astafyev bildirib.
O əlavə edib ki, Rusiya Federasiyasının “Cənub” qoşun qrupu Berxovka qəsəbəsi yaxınlığında düşmənin həmlə qrupunun hücumunu dəf edib.
Bundan əvvəl “Bloomberg” agentliyi Birləşmiş Ştatların Müdafiə Nazirliyinə istinadla xəbər vermişdi ki, Pentaqon Starlink peyk rabitə terminalları və xidmətlərini sahibkar İlon Maskın SpaceX şirkətindən Ukrayna ordusunun istifadəsi üçün alacaq.
Rüfət
AzPolitika.info


Şərhlər