Menu

Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazanıb

02.07.2023, 13:35
Azərbaycan Avropa Oyunlarında daha bir qızıl medal qazanıb

Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında qızıl medal qazanıb.

"Report"un yarışlara ezam olunmuş əməkdaşının məlumatına görə, full-kontakt növündə 63.5 kq-da mübarizə aparan idmançı finalda İtaliya təmsilçisi Damiano Salvatore Tramontana ilə üz-üzə gəlib.

Rəqibinə aşkar üstünlüklə - 3:0 qalib gələn kikboksinqçi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Avropa Oyunlarında Azərbaycan komandasının üçüncü qızıl medalı olub. Daha əvvəl karateçilər İrina Zaretskaya və Tural Ağalarzadə hamıdan güclü olmağı bacarıblar.

Şərhlər

Eli 2023-07-02 14:38:40

Qurban olaram Milletimin qeyretli,merd oğullarına ,Allah qorusun onları .Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol